
Endokrinoloq: Diabetli pasientlər belə, dubay şokoladından az miqdarda qəbul edə bilərlər
12:43 04.11.2024
Sağlamlıq
750
Dubayın püstəli künefe şokoladı bütün dünyaya sürətlə yayılmağa başlayıb. Sosial şəbəkələr vasitəsilə bir anda məşhurlaşan şokolad ölkəmizdə də hər kəsin marağına səbəb olub. Bu şokoladın qiyməti 20 manatdan 60 manata qədər dəyişir. Qiyməti bizim ölkədə baha olsa da, alıcılar kifayət qədər çoxdur.
Künefe, fıstıq kremi və şokolad qarışından ibarət olan bu şirniyyatın orijinal variantını bazarda tapmaq çox çətindir. Qiymətlər də hər məkanda dəyişir. Bunun səbəbi isə şokoladın keyfiyyətindədir.
Orijinal Dubay şokoladında istifadə edilən fıstıq və digər inqrediyentlər yüksək keyfiyyətli məhsullardan seçildiyi halda, bəzi istehsalçıların istifadə etdiyi tərkib daha ucuz və adi məhsullardan seçilir. Bundan əlavə, pərakəndə satış bazarları artıq məhsulu öz rəflərinə gətirmək istəyir.
Bəs bu şokoladın sağlamlığa faydaları və zərərləri nədən ibarətdir? Alarkən nələrə diqqət edilməlidir?
Suallarımızı cavablandıran endokrinoloq Nabat Ağayeva "Sherg.az"a bildirib ki, dubay şokaladı tərkibinin kolorililiyinə, korbonhidrat eləcə də şəkərin miqdarına görə digər içlikli şokaladlarla eyni ölçüdədir:

"Ancaq dediklərim sadə və tünd şokaladlara aid deyil. Mağazaya yaxınlaşaraq istənilən içlikli şokaladın tərkibinə baxaraq söylədiklərimin həqiqət olduğunu görə bilərsiz. Şokaladın parçalanması zamanı təqribən 100 qramda 500 kalori qədər enerji ayrılır. Eyni zamanda dubay şokaladının da 100 qramında təxminən 500 kalori mövcuddur. Şübhəsiz ki, müəyyən hazırlanma üsulundan asılı olaraq kalorini dəyişmək mümkündür. Digər şokaladlar insan orqanizminə nə qədər zərərlidirsə, dubay şokaladının da eyni ziyanı var. Yəni, bu şokaladın qəbulu artıq kaloriyə, şəkər qəbuluna, yağlılığa səbəb olacaq. Lakin dubay şokaladı digərlərindən zərərliyinə görə, fərqlənmir. Əgər bir insan artıq çəkidən əziyyət çəkirsə və yaxud diabet xəstəsidirsə, şokaladın miqdarına diqqət etməlidir. Lakin şokaladdan tamam imtina etmək doğru deyil. Ümumiyyətlə, insan orqanizmində gündəlik qəbul edilən qidanın 5-10 faizini sadə şəkər təşkil etməlidir. Yəni, 25-35 qram sadə şəkər nəzərdə tutulur. Bura şirniyyat, şokalad və adi şəkər daxildir. Bir sözlə, qeyd etdiyim kalorini keçməməklə digərləri kimi dubay şokaladından istifadə etmək olar. Hətta, uyğun dozada müalicə alan və düzgün insulini hesablayan diabetli pasientlər belə, az miqdarda qəbul edə bilərlər".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət