
Etibarnamə ilə bağlı yeni qayda: Bu məsələ çoxdan gündəmdə idi -RƏY
11:00 05.11.2024
Cəmiyyət
726
Etibarnamə ilə bağlı yeni qayda qüvvəyə minib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında yazıb.
Bildirilib ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.
Avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər.
Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.
Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, əslində bu qərar çoxdan gözlənilirdi:

"Çünki bununla bağlı nəqliyyat eksperti olaraq həmkarlarımla birgə adiyatı qurunlara dəfələrlə müraciət etdik. Yəni, qərarı təqdirəlayiq hesab edirəm. Qərarı nəqliyyat vasitələrinin özəlləşdirilməsinə, yəni addan-ada keçirilməsinə doğru növbəti addım kimi qiymətləndirmək olar. Bununla avtomobilə görə həqiqi söz sahibi kimdir sualına cavab tapmış olacağıq. Əvvəllər etibarnamə bir şəxsdən digərlərinə verilirdi. Nəticədə də ortaya müəyyən problemlər çıxırdı. Belə ki yaranan cərimələr bir neçə adam arasında ziddiyyət yaradırdı. Hətta cəriməni kimin ödəyəcəyi barədə çaşqınlıq yaranırdı.Bir sözlə, bu məsələ çoxdan gündəmdə idi. Öz həllini tapdığı üçün isə çox şadam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual