
Gələcəkdə dəhşətli qrip pandemiyasının olacağı proqnozlaşdırılır -Professordan ŞOK AÇIQLAMA
12:37 05.11.2024
Sağlamlıq
741
Mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə qrip virusu yayılmağa başlayıb.
Hava-damcı yolu ilə keçən virusun əsas hədəf kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma və ishal halları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.
Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazovun sözlərinə görə, xəstəliyə vaxtında müdaxilə edilmədikdə virus kəskin fəsadlar verə bilər. Mövsümi qriplə yanaşı, hazırda rotavirus və rinoviruslar da baş qaldırıb:
"Daha çox fəsadlarla müşahidə olunanı qrip infeksiyasıdır. Bu da pnevmoniya, qulaq iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, meningit yarada bilər".
Hamilə qadınlar isə xəstəliyi daha ağır keçirirlər.
Ginekoloq Cahan İslamova bildirib ki, hamilə qadınların xəstəxanaya gedərkən, çoxlu insan qrupları içərisinə daxil olarkən tibbi maskalardan istifadə etmələri şərtdir:
"Təmiz havada çox vaxt keçirmələri vacibdir. Qida rasionuna yüksəkvitaminli qidalar daxil edilməlidir. Mövsümə uyğun meyvə-tərəvəz istifadə edilməlidir. Virus infeksiyaları erkən doğuma, ciftdə qan dövranının pozulmasına səbəb ola bilər".
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, qripin üç (A, B, C) növü var:

“Ən çox insanlar arasında yaranan “A” formasıdır. Əsasən soyuq havalarda qrip virusu yeni ştamda yaranır. Demək olar ki, bu hər il təkrarlanır və əsasən hava damcı yolu ilə yayılır. Bəzi formaları isə məsələn, quş qripi qan ilə keçir. Qrip hava damcı yolu ilə yayıldığına, həm də mutasiyaya uğrayan virus olduğuna görə gələcəkdə dəhşətli qrip pandemiyasının olacağı proqnozlaşdırılır. Bu dünyada aparıcı mərkəzlərin verdiyi proqnozdur. Qripdən qorunmaq üçün “Covid-19” pandemiyası zaman olan qaydalara riayət etmək lazımdır. Ən əsası isə xəstələnən zaman çalışmaq lazımdır ki, ətrafı yoluxdurmayaq və xəstəliyi yataq rejimində keçirək. Qripin əksər fəsadları isə xəstəliyə əhəmiyyət verməmək, onu ayaq üstə keçirməyə bağlı olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual