“Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitab işıq üzü görüb
08:51 17.12.2024
Cəmiyyət
613
Beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyevin “Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitabı işıq üzü görüb. Kitab, geniş ictimaiyyət üçün müqavilələr və insan hüquqları sahələrində praktik hüquqi bələdçi rolunu oynayır.
"Sherg.az"ın xəbərinə görə, kitabın məqsədi, hüquqi anlayışları sadələşdirərək, oxucuların gündəlik həyatlarında qarşılaşa biləcəkləri hüquqi məsələləri daha yaxşı başa düşməsinə və bu bilikləri praktikada tətbiq etməsinə kömək etməkdir.
Kitabın birinci hissəsi müqavilə hüququna həsr olunub.
Burada müqavilələrin nə olduğu, onların növləri, əsas elementləri və bağlanma prosesi izah edilir. Müqavilələrin pozulması, etibarsız sayılması və bu hallarda hüquqi nəticələr ətraflı müzakirə olunur. İş müqavilələri, alqı-satqı müqavilələri və icarə müqavilələri kimi gündəlik həyatda rast gəlinən nümunələr vasitəsilə mövzu daha anlaşılan şəkildə təqdim edilir. İkinci hissə isə insan hüquqlarına diqqət yetirir. Bu bölmədə insan hüquqlarının əsasları, Avropa İnsan Hüquqları Konvensiyasınin mühüm qərarlari izah edilir. Kitab, müqavilələrin insan hüquqları ilə əlaqəsini vurğulayır və hüquqi razılaşmaların fərdlərin hüquqlarına necə təsir göstərə biləcəyini müzakirə edir. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi məşhur işləri və onların real həyatda tətbiqi haqqında məlumat təqdim edilir.
Kitab hüquq təhsili almamış, lakin hüquqi biliklərə sahib olmaq istəyən hər kəs üçün nəzərdə tutulub. Sadə izahlar və real nümunələr vasitəsilə oxucular hüquqi biliklərini genişləndirə, hüquqlarını daha yaxşı dərk edə və həyatlarında tətbiq edə bilərlər. Hüquq dünyasını daha dərindən anlamaq və hüquqi məsələlərə inamla yanaşmaq istəyənlər üçün bu kitab əvəzsiz bir mənbədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm