Putin: Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib
Yusif Nəzərli
14:43 19.12.2024
Dünya
362
Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib, 30 min hökumət qoşunu və iranpərəst bölmələr isə döyüşsüz geri çəkiliblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Müxalif silahlı qruplaşmalar Hələbə yaxınlaşdıqda oranı təxminən 30 min nəfər müdafiə edirdi, şəhərə 350 silahlı daxil oldu. Hökumət qoşunları və onlarla birlikdə iranpərəst adlandırılan bölmələr döyüşsüz geri çəkildilər, öz mövqelərini partlatdılar və getdilər", - deyə o bildirib.
Putin qeyd edib ki, nadir hallar istisna olmaqla, eyni vəziyyət bütün Suriya ərazisində müşahidə olunub.
Onun sözlərinə görə, Rusiyanın Suriyada quru qoşunları olmayıb, təkcə hərbi-hava və hərbi-dəniz bazaları olub.
"Biz bir vaxtlar Ukraynada xüsusi əməliyyata görə hətta oradan da çıxdıq", - deyə prezident vurğulayıb.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də onlar Hələb, Həma, Dəraa və Homsu ələ keçiriblər, dekabrın 8-də isə Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya prezidenti postundan imtina edib və ölkəni tərk edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm