Polşanın elm və ali təhsil naziri istefa verib
Yusif Nəzərli
16:07 19.12.2024
Dünya
322
Polşanın elm və ali təhsil naziri, “Solçular” partiyasından olan Dariuş Veçorek istefa verib.
“Report” xəbər verir ki, bu barədə Veçorek Seymdə (Polşa parlamentinin aşağı palatası) keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunur ki, bu qərara səbəb onun vergi bəyannaməsində etibarlı olmayan məlumatlar əks etdirməsi ilə bağlı mətbuatda yayılanlarla əlaqədar yaranmış qalmaqal və universitetlərdən birinin işindəki pozuntular barədə məlumat verən anonim mənbənin adını açıqlaması olub.
“Son həftələr KİV-də yayılan xəbərlər, mənə və nazirliyə qarşı olan təhqir dalğasına görə çox çətin keçdi. Mən öz yaxşı adımı müdafiə edəcəyəm, bütün bu məsələləri izah edəcəyəm, amma bu xəbərlərin və başıma gələnlərin Polşa elminin inkişafına və koalisiyanın işinə hər hansı bir şəkildə təsir etməsini istəmirəm”, - o əlavə edib.
“Solçular”ın liderlərindən biri Vlodzimej Çajastı qeyd edib ki, Veçorekin istefası Donald Tusk hökumətinin tarixində ilk belə haldır, lakin bu hadisə hakim koalisiyanın birliyinə təsir etməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm