
Rusiya Suriyada məqsədinə nail ola bilmədi - POLİTOLOQ
Yusif Nəzərli
05:53 22.12.2024
Siyasət
459
Kreml sahibi Vladimir Putin bu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub: “Suriyaya ona görə getmişik ki, orada başqa ölkələrdə, Əfqanıstanda yaradılan kimi terror anklavı yaranmasın. Ümumilikdə qarşıya qoyduğumuz məqsədlərə nail olduq”.
Putin İslam xilafətinin yaradılmasına imkan vermədiklərinə də xüsusi diqqət çəkib.
Rusiya prezidenti eyni zamanda Moskvanın Suriyada hakimiyyətə gələn siyasi qüvvələrlə əlaqədə olduğunu bildirib.
Onun sözlərinə görə, onlar hərbi bazaların qalmasında maraqlıdır, lakin Rusiya bu barədə götür-qoy edir.
Görünür, Suriyada Rusiya-İran müttəfiqlik xətti dağılandan sonra Moskva indi də Suriyadakı nizamlama çərçivələrinə daha çox İsraillə danışıqlar aparmaqla nüfuz etməyə həvəslənir.

Politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında qeyd edib ki, Rusiya prezidentinin Suriya ilə Əfqanıstan arasında paralellik aparması diqqətçəkən məsələdir:
"Putinin təbirincə desək, Əfqanıstanda “terror anklavı” yaradılıbsa, Kreml bu “anklavı” yaradan "Taliban"la niyə təmas qurub, bu təşkilatı terrorçulardan siyahısından çıxarmağa niyə qərar verib? İkincisi, Rusiya Suriyada necə məqsədinə nail olub ki, Putin mövzuyla bağlı sonrakı cümləsində ölkəsinin Suriyada hərbi bazalarının saxlanılıb-saxlanılmamasıyla bağlı hələ qərar vermədiyini söyləyib. Rusiya Suriyada məqsədinə nail olsaydı, həmin iki hərbi baza ətrafında qeyri-müəyyənlik yaranmazdı. Əlbəttə, Rusiyanın əsas məqsədlərindən biri Suriyada İŞİD terrorçularına zəiflətmək idi, buna müəyyən qədər nail olundu, ancaq digər məqsədi Əsəd rejimini qorumaq idi. İkinciyə nail olunmadı. Demək, bu halda Rusiyanın Suriyada məqsədinə nail olduğunu söyləmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya