Los-Ancelesdə yanğında Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ
Yusif Nəzərli
21:53 13.01.2025
Siyasət
449
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları davam edir. Yanğınlar artıq şəhər tarixində ən dağıdıcı təbii fəlakətə çevrilib. Yanğının təsiri altında olan bölgələrdə humanitar vəziyyət hər keçən gün daha da pisləşir və şəhərdə yaşayan azərbaycanlıların taleyi isə xüsusi narahatlıq doğurur.
Los-Anceles şəhərində yaşayan həmyerlimiz, MMA döyüşçüsü Mirəli Hüseynov “Report”un ABŞ bürosuna açıqlamasında bildirib ki, telefon vasitəsilə yaratdıqları qrupda mütəmadi olaraq həmvətənlərimiz bir-biri ilə əlaqədədir və yanğınlardan heç bir azərbaycanlı təsirlənməyib:
“Kaliforniya ştatında azərbaycanlılar əsasən San-Xosedə məskunlaşıblar. Los-Anceles şəhərində azərbaycanlıların kompakt yaşadığı ərazilər yoxdur. Onlar demək olar ki, şəhərin bütün istiqamətlərində yaşayırlar. Mənim dostlarım şəhərin hər tərəfində məskunlaşıb. Onlarla daim əlaqədəyəm. Bu vaxta qədər köməyə ehtiyacı olan və ya yanğından təsirlənən heç bir vətəndaşımız olmayıb”.
Bu arada yanğınla bağlı həmvətənlərimizə dəstək göstərmək məqsədilə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə “Report”un ABŞ bürosuna danışan Baş konsul Vüqar Qurbanov qeyd edib ki, həmvətənlərimizin konsulluqla əlaqə qurması üçün diplomatik nümayəndəlikdə qaynar xətt (+1 310 923 4540) yaradılıb.
Konsul əlavə edib ki, hələlik konsulluğa Azərbaycan vətəndaşlarının xəsarət alması barədə heç bir məlumat daxil olmayıb. V. Qurbanov onu da vurğulayıb ki, ABŞ tərəfi genişmiqyaslı beynəlxalq dəstək üçün ölkələrə müraciət etməyib. Kanada və Meksikadan yanğınların söndürülməsi üçün kömək göndərildiyi məlumdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya