
Dəm qazından qorunmağın ən düzgün yolu... -AÇIQLAMA
09:49 11.02.2025
Cəmiyyət
452
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Oxu.Az xəbər verir ki, 1998-ci il təvəllüdlü Ləman İnqilab qızı Məmmədova Şamaxı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, L.Məmmədova rayonun Göylər kənd orta məktəbinin müəlliməsidir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunur:

“Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Buna görə də ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir. Mövcud qaydaların tələblərinə görə, qazla işləyən isidici qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır. Vanna otaqlarında yalnız elektrik su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq qazla işləyən su qızdırıcıların istismarı zamanı həmin otaqda mütləq münbit şərait olmalıdır. Yəni havalandırma təşkil edilməlidir. Həmçinin vanna otaqlarında tüstü bacaların təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum iki metrdən daha yuxarı olmalıdır. Mətbəxlərdə mütləq pəncərələr yerləşdirilməlidir. Bəzi hallarda mətbəxlərdə pəncərələr ləğv olunur və yaxud daşla hörülür. Amma qaz cihazları, qaz qurğuları yerləşən otaqlarda bunlar yolverilməzdir. Digər tərəfdən qaz dektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orada bu detektorların quraşdırılması ilə məşğul olan lisenziyalaşmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrində satış yerlərində qaz detektorlarından alıb istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu evdə və otaqda havalandırmanın təşkil olunmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə