Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm

Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhün əbədi olmasını istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Kremldə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşü zamanı danışıb.

“Ukraynada sülhün müddətinə, onun davamlılığına və etibarlılığına gəlincə, sülhün əbədi olmasını istərdik. Hazırda hamımız döyüş bölgəsində, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması istəyindən danışırıq. Hörmətli cənablar, sizin indicə qeyd etdiyiniz kimi, bu sülh uzunmüddətli olmalıdır. Mən bunu təkcə təsdiqləmirəm, həm də istərdim ki, bu sülh əbədi olsun”, - Putin vurğulayıb.