
AİB sədri: Heyvanlar təşkil olunmuş yerlərdə kəsilməlidir
10:07 11.02.2025
Cəmiyyət
436
Azərbaycan Respublikası Prezidentinin "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-yə çatdırılıb.
"Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır.
Bununla bağlı agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, heyvan kəsimi məntəqələrinin standartı var:

“ Sözügedən standart artıq neçə ildir ki, tətbiq edilir. Həmçinin həmin standartın həcmi, isti və soyuq su ilə təmin olunmasına görə çoxsaylı tələblər mövcuddur. Neçə ildir AQTA istəyir ki, bunu tətbiq etsin. Hər rayonda belə məntəqələr var. Bu işə cavabdeh şəxslərdən biri də rayon İcra hakimiyyətləridir. Lakin bu geniş vüsət almayıb. Ümumiyyətlə, bir çox ölkələrdə hətta şəxsin saxladığı heyvan olsa belə onun ev şəraitində kəsilməsinə icazə yoxdur. Yəni bütün hallarda heyvanlar təşkil olunmuş yerlərdə kəsilməlidir. AQTA da bu hədəflərə çatmaq istəyir. Çünki bu çox əhəmiyyətli bir məsələdir. Həmçinin sözügedən hədəflərə çatmaq əhalinin bir sıra xəstəliklərdən qoruya və təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinin qarşısını ala bilər. Lakin polis və İcra hakimiyyəti nümayəndələri nə qədər mübarizə aparsa da, bu hədəflərə çata bilmir. AQTA-nın çağırışına ictimai dəstək verilməli, kömək edilməlidir ki, bu məsələ həll olunsun. Yəni heyvanlar təşkil olunmuş məntəqələrdə stressiz bir vəziyyətdə kəsilsin. Ümumiyyətlə heyvan dünyaya gələndə kompüter bazasına daxil edilməli, qulağına xüsusi sırğa vurulmalı və orada nömrə olmalıdır. Eyniu zamanda heyvana vurulan baytarlıq dərmanları hamısı vaxtaşırı bazada qeyd edilməlidir. Heyvan kəsiləndə isə o bazadan silinməlidir. Çox təəssüf ki, AQTA hələ bu hədəflərdən çox uzaqdadır. Ümumiyyətlə heyvanlar məntəqələrdə kəsildikdən sonra əmtəə bazarında və marketlərdə satılan heyvan ətləri paketlənəcək. Həmçinin üzərində buraxılma tarixi, son yararlıq müddəti və hansı təsərrüfatda kəsildiyi göstəriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə