Ukrayna nümayəndələri artıq Ərəbistandadır – Nə baş verir?
Yusif Nəzərli
19:16 16.02.2025
Dünya
389
Ukrayna hakimiyyətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanına işgüzar səfərə gəlib.
Axar.az “Meduza”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna rəsmiləri artıq yerli sahibkarlarla görüş keçirib, enerji, kənd təsərrüfatı və infrastruktur sahələrində layihələr təqdim ediblər.
“Yaxın günlərdə Prezident Vladimir Zelenskinin Səudiyyə Ərəbistanına səfərinə hazırlıq üçün onlarla görüş olacaq. Xüsusilə, biz region ölkələri ilə mühüm iqtisadi sazişlər imzalamağa hazırlaşırıq”, - Sviridenko Feysbuk hesabında bildirib.
Qeyd edək ki, bundan övvəl Rusiya və ABŞ nümayəndə heyətlərinin bu axşam artıq Ərəbistana Ukrayna ilə bağlı danışıqlar üçün yola düşəcəkləri haqda məlumat yayılıb. Bu danışıqlarda Ukraynanın iştirak etmədiyi bildirilsə də, səfərlərin üst-üstə düşməsi diqqət çəkib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya