Qüdrət Həsənquliyev: "Ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən danışdıq..."
Yusif Nəzərli
14:04 07.03.2025
Gündəm
409
Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025 Belçika krallığında və Avropada” dinlərarası beynəlxalq konfransı öz işinə başlayıb.
"Sherg.az"ın xəbərin görə, konfransda iştirak edən edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Avropa Parlamentində keçirilən dəyirmi masada nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə geniş məruzə ilə çıxış edib. Şeyx Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq,
Azərbaycan Respublikası Prezidentinin bu məsələyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verib:
“Dəyirmi masada mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik. Konfrans çərçivəsində görüşlər və tədbirlər bu gün də davam edəcək”.
Millət vəkili həmçinin bildirib ki, Şeyx Avropa Parlamentinin televiziyasında çıxış edib və həmin çıxış bu gün yayımlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya