Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

Trend xəbər verir ki, V.Putin bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, S.Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.