
Sülh sazişi elə məhz Paşinyanın ucbatından yubanır - ŞƏRH
Yusif Nəzərli
05:33 13.03.2025
Gündəm
492
Ermənistanın baş naziri Türkiyə mediasında da özünün yalançı sülhpərvər görüntüsünü yaradıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün ilk dəfə Türkiyənin media nümayəndələrinə müsahibə verib. Məlumatı Paşinyanın özü yayıb. Bu onun Türkiyə mətbuatına ilk geniş müsahibəsidir. Paşinyanın paylaşdığı qısa videoda onun jurnalistlərlə söhbət etdiyi görünür. Müsahibənin detalları hələlik açıqlanmayıb.
“Hraparak” məlumat yayıb ki, Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də “erməni soyqırımı”nın tanınma tarixinə yenidən nəzər salmaq və Mehri vasitəsilə maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istədiyini bildirib. Nəşr qeyd edib ki, bu, mahiyyət etibarı ilə Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın təmasda olması deməkdir: “Onun hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Türkiyə ilə əvəzləməyə hazır olması barədə şayiələr də təsdiqlənir”. Müsahibədə iştirak edən türk jurnalistlərdən biri - NTV kanalının əməkdaşı Mete Çubukçu "modern.az"a deyib ki, müsahibə martın 13-dən etibarən yayımlanmağa başlayacaq. O qeyd edib ki, türk jurnalistlər Ermənistan tərəfindən İrəvana dəvət edilib. Jurnalist müsahibədə nələrin danışıldığını açıqlamaq istəməyib, ancaq əsasən Türkiyə-Ermənistan münasibətləri mövzusuna yer verildiyini deyib: "Ermənistan tərəfindən müsahibə üçün dəvət edildik. Buradan reportaj da hazırlayırıq. Dünən baş nazir jurnalistləri qəbul etdi, onunla görüşdük. Müsahibə sabah yayımlanacaq". Çubukçunun sözlərinə görə, müsahibədə "Anadolu", "İhlas" informasiya agentliklərinin, NTV, "CNN Türk" kanallarının, "Sözcü" qəzetinin, T24, "Mediascope" kimi media qurumlarının əməkdaşları olmaqla 15-ə yaxın jurnalist iştirak edib.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyan bu müsahibəni imitasiya etmək, sülhpərvər görüntüsü yaratmaq üçün yox, gerçək barış niyyəti ilə veribsə, bu addım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına həqiqətən də yaxşı təsir göstərə bilər:
"Hər zamankı kimi bu dəfə də sensasiya dalınca qaçan "Hraparak" qəzeti sözügedən müsahibədə Ermənistanın maraqlarına zidd olan məqamların yer aldığını iddia edib. Hərçənd ki, Nikol Paşinyan öz sələflərindən (Serj Sərkisyan, Robert Köçəryan, Levon ter-Petrosyan) daha çox ermənidir və Ermənistanın maraqlarını qorumaq üçün bütün hiylə və imkanlarından maksimum istifadə edir. Sülh sazişinin imzalanması da elə ilk növbədə məhz Paşinyanın ucbatından yubanır. Hər halda müsahibə yayılandan sonra bütün təfərrüatlar bəlli olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya