Paşinyanın telefon diplomatiyası: Makron bölgədə qarışıqlıq yaratmaqda maraqlıdır
08:41 17.03.2025
Cənubi Qafqaz
495
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, hökümət rəhbəri “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin mətninin təsdiq edilməsi və saziş layihəsinin mətninin təsdiqi ilə bağlı danışıqların başa çatdırılması barədə Fransa Prezidentinə məlumat verib.
Tərəflər Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.
Politoloq Aqşin Kərimov "Sherg.az"a bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəmi üzrə saziş layihəsinin mətninin razılaşdırılması, sülhə olan ümidləri və perspektivləri gücləndirir:
"Lakin bu razılaşmaların diplomatik-siyasi müstəvidə açıq şəkildə bəyan edilməsindən sonra iki mühüm hadisə diqqət çəkdi.
Birincisi, Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribatlar törətdi. İkincisi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə təhlükəli mövqe sərgiləyən Fransa Prezidenti Emmanuel Makrona sülh layihəsi ilə bağlı məlumat verdi. Bundan əlavə, Paşinyan Rusiya və İran prezidentləri ilə də danışıqlar apardı. Bu isə onun regionda İran, Rusiya və Fransa ilə güclü münasibətlər qurmağa çalışdığını göstərir.
Lakin bu planın həyata keçməsi sual altındadır. Çünki Fransanın Cənubi Qafqazdakı sülh təşəbbüsləri Azərbaycanın maraqları və strateji məqsədləri ilə üst-üstə düşmür. Üstəlik, Fransa hazırda qlobal səviyyədə ciddi risklərlə qarşılaşır və onun geosiyasi maraqları müxtəlif təhlükələrlə üz-üzədir. Bu baxımdan, Fransa Cənubi Qafqazı öz təsir dairəsini genişləndirmək üçün bir məkan kimi görməkdədir".
Politoloq əlavə edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqliyi isə Fransanın strategiyasını şaxələndirməsinə imkan verməyəcək:
"Belə olan halda, Makron bölgədə daha çox qarışıqlıq yaratmaqda maraqlıdır. Çünki Fransanın xarici siyasətində xaos və qeyri-sabitlikdən istifadə edərək strateji məqsədlərinə çatmaq tendensiyası mövcuddur. Məhz bu kontekstdə Nikol Paşinyanın telefon diplomatiyası müəyyən suallar doğurur və sülh perspektivləri fonunda bəzi problemləri ön plana çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm