Kanada rüsumlarla bağlı mayın əvvəlində ABŞ-lə danışıqlara başlayacaq

Kanada hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə mayın əvvəlində rüsumlarla bağlı danışıqlara başlayacaq.

APA xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni jurnalistlərə açıqlama verib.

"Biz bu rüsumlara cavabımızı və əsas strategiyamızı nəzərdən keçirdik ki, kanadalıların növbəti seçəcəyi hökumət ABŞ-lə danışıqlar üçün mümkün olan ən yaxşı mövqedə olsun, prezident Donald Trump və mənim razılaşdıq ki, danışıqlar mayın əvvəlində başlasın", - baş nazir deyib.

Hökumət başçısı danışıqlarla bağlı təfərrüatları açıqlamayıb.