Bu kişilərin oğlu olmur - XƏBƏRDARLIQ
16:09 18.04.2025
Sağlamlıq
518
Körpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu, tamamilə atanın spermatozoidindəki xromosomdan asılıdır. Qadının yumurta hüceyrəsində yalnız X xromosomu olur. Kişi isə həm X, həm də Y xromosom daşıyan spermatozoidlərə sahibdir. Əgər yumurta hüceyrəni Y xromosomlu spermatozoid mayalandırarsa, oğlan, X xromosomlu spermatozoid mayalandırarsa, qız uşağı dünyaya gəlir.
Milli.az xəbər verir ki, elmi araşdırmalar sübut edir ki, Y xromosomlu spermatozoidlər daha kiçik və yüngül olduqları üçün daha sürətli hərəkət edirlər. Lakin bu sürət onlara uzun ömür vermir - ətraf mühitə qarşı daha həssasdırlar və əsasən turş mühitdə uzun müddət yaşaya bilmirlər. X xromosomlu spermatozoidlər isə daha davamlı və dözümlüdürlər.
Məhz bu xüsusiyyətlərə görə bəzi kişilər müəyyən həyat tərzinə və vərdişlərə görə oğlan övladı sahibi olmaqda çətinlik çəkə bilirlər. Məsələn, siqaret çəkmək, davamlı olaraq isti mühitdə işləmək, sıx alt paltar geyinmək, əsasən bitki mənşəli qidalarla qidalanmaq Y spermatozoidlərin sayını və gücünü azalda bilər. Nəticədə oğlan uşağı doğulma ehtimalı aşağı düşür.
Bundan başqa, cinsi əlaqənin vaxtı da rol oynayır. Əgər bu, ovulyasiyadan 2-4 gün əvvəl baş veribsə, turş mühit üstünlük təşkil etdiyindən Y spermatozoidlər tez tələf ola bilər və X-lar üstünlük qazanaraq qız övladına səbəb ola bilər. Həftədə bir dəfə və ya daha az cinsi əlaqə də eyakulyatda X xromosomlu spermatozoidlərin çoxalmasına səbəb olur.
Əksinə, ovulyasiya vaxtına yaxın və ya həmin gün baş verən əlaqələrdə Y xromosomlu spermatozoidlər daha sürətli hərəkət etdiklərindən, onların yumurtaya çatma ehtimalı yüksəlir. Əgər qadın cinsi əlaqə zamanı orqazm yaşayırsa, uşaqlıq yolunun pH səviyyəsi qələviyə yaxınlaşır ki, bu da Y spermalarının daha uzun yaşamasına və oğlan ehtimalının artmasına səbəb olur.
Beləliklə, oğlan və ya qız övladı sahibi olmaq bəzən həyat tərzindən, cinsi münasibətlərin tezliyindən və vaxtından da asılı ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm