Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
Yusif Nəzərli
15:21 13.05.2025
Cəmiyyət
508
AZTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun “Şahmat klubu” verilişinin ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı tədbir keçirilib.
Axar.az xəbər verir ki, “Guinness World Records”un rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini, rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib və “Ginnesin Rekordlar Kitabının” diplomunu Faiq Həsənova təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq dərəcəli hakimin şahmat sahəsində xidmətlərindən danışıb, gənc şahmatçılar nəslinin yetişdirilməsində onun rolunu xüsusi vurğulayıblar.
Rəsmi hissəsindən sonra F.Həsənovun həyat və fəaliyyətinə həsr olunmuş “Fiqurların hakimi” filmi nümayiş etdirilib.
“Şahmat klubu” verilişi 1969-cu il martın 27-dən Azərbaycan Televiziyasında yayımlanır.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzunmüddətli kişi hakim olaraq rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya