Köhnə avtobusu evə döndərdi: Ağı söyləyərək ölkəni gəzir
Köhnə avtobusu evə döndərdi: Ağı söyləyərək ölkəni gəzir
Yusif Nəzərli
02:35 15.06.2025
Maraqlı
456
Bozlak ənənəsini (bayatı, ağı söyləmək) və Anadolunun zəngin mədəni irsini gələcək nəsillərə ötürməyi hədəfləyən Sərhat Ulaşkan 3 ildir ki, “Bir Bozlak Hekayəsi” layihəsi ilə Türkiyəni qarış-qarış dolaşır. S.Ulaşkan 1985-ci il istehsalı avtobusu müasir formada dizayn edərək salonda hər cür şərait yaradıb. Avtobusa “Allı durnam” adını verən S.Ulaşkanın xalı, kilim və tikmələrlə bəzədiyi, yumşaq oturacaqlar qoyduğu mənzil-avtobus görənlər tərəfindən maraqla qarşılanır. Bir çox şəhərlərdə gəzdiyi sənətçilərlə pulsuz konsertlər verən S.Ulaşkan getdiyi hər şəhərdə vətəndaşlara musiqi, mədəniyyət və dostluq aparır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, S.Ulaşkan, "dostlarımız, ailəmiz arasında danışdığımız nağıllar, ustadlarımızın həyat hekayələrini toplayıb “Bir Bozlak Hekayəsi" adı ilə konsertlər verməyə başladıq. 1985-ci il model 302 "Mercedes" avtobusu alıb, adını "Allı Durnam" qoyandan sonra iş tamamilə dəyişdi. Onunla şəhərlər arasında səyahət etməyə başladıq. Bu, sonradan bizim üçün tamamilə fərqli bir gəzinti, söhbəti, musiqini və musiqisevərləri bir araya gətirən bir avtobus oldu. Xarici görünüşcə avtobusa bənzəsə də, içəri girəndə evdən heç bir fərqi yoxdur”, deyən S.Ulaşkan qeyd edib ki, bu layihə ilə Anadolu xalqının mədəniyyəti, musiqisi, adət-ənənələri, həyat tərzi gələcək nəsillərə ötürmək istəyirlər. Daha əvvəl musiqi və rəqs qrupu ilə proqram hazırlayıblar. Çox maraqlı olub, canlı yayımda iştirak ediblər, yerli hökumət qurumları onlara dəstək olub. Çünki onlar türk millətindən danışırlar, bunu da bir mədəniyyət adamı kimi aparırlar. Layihəyə dəstək verən sənətçi Turan Alp avtobusun ab-havasını çox bəyəndiyini söyləyərək, "Bu gün avtobusa minmək fürsətimiz oldu. Xalq mahnıları fərqli tərzdə oxunur. Səmimi bir atmosfer var. Gözəl bir mədəniyyət transferi. Hər dayanacaqda bir türkü ilə ürəkdən gələn bir xidmət. Çox zövq aldım. İnşallah, bu layihə uzun illər davam edər, sənətçi dostlarıma da tövsiyə edirəm ", deyib. Layihəyə Ankaradan qatılan müəllim Deniz Dağdelen, "Allı Durnam”a Ankaradan qoşuldum. Allı Turnam İstanbuldan yola düşdü və axşam bizi aldı. Oradan Kəskinə gəldik. Orada gecələdik. Kəskində çox gözəl qarşılandıq. Səhər yenidən yola düşdük və bura gəldik. Çünki “Allı Durnam” xəyal etmədiyimiz bir şeydir. Burada əyləşib hara baxsan, başqa bir gözəllik görürsən. Bu, mənim “Allı Durnam”la ikinci səfərimdir”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm