
Ekspert: İQ testi ilə sürücülük qabiliyyəti ölçülə bilməz
05:46 19.06.2025
Cəmiyyət
317
Yol təhlükəsizliyi üçün psixoloji yoxlamalar gücləndirilməlidir
Türkiyədə sürücülük vəsiqəsi almaq istəyənlər üçün yeni qaydalar qüvvəyə minib. "Sürücülər üçün sağlamlıq vəziyyəti və tibbi müayinələr haqqında Qaydalar"a edilən dəyişikliklərlə bir sıra ciddi sağlamlıq meyarları müəyyən edilib. Ən diqqətçəkən məqam isə İQ (intellekt əmsalı) səviyyəsi ilə bağlıdır. Yeni tənzimləməyə əsasən, IQ göstəricisi 79 və daha aşağı olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək. Bununla yanaşı, əqli gerilik, demensiya, diqqət və şüur pozuntuları, eləcə də emosional sabitliyə təsir edən xroniki xəstəliklər də sürücülük hüququna məhdudiyyətlər yaradan hallar kimi qəbul ediləcək.
Yeni qaydalara əsasən, sürücü namizədləri daha ətraflı psixi sağlamlıq testlərindən keçəcək və IQ testləri məcburi olacaq. Qərarın əsas məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaq və potensial risk daşıyan sürücülərin sükan arxasına keçməsinin qarşısını almaqdır.
Türkiyədəki bu yeni model Azərbaycan ictimaiyyətində müzakirə mövzusuna çevrilib. Məsələyə yanaşmalar birmənalı deyil.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bu qərarı şərh edərkən bildirib ki, İQ testi ilə sürücülük qabiliyyəti arasında birbaşa əlaqə qurmaq düzgün yanaşma deyil:
“Sürücülük vəsiqəsinin verilməsinə görə İQ testi edilməsinin Azərbaycanda gündəmə gələcəyini düşünmürəm. Bizdə sürücülük üçün imtahan sistemi, tibbi arayış və təlim prosesi tətbiq olunur. İQ testi sürücülük qabiliyyəti ilə birbaşa bağlı deyil”.
Ekspert bildirib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş əvvəlcə sürücülük kursuna yazılır, daha sonra təlim keçərək imtahana buraxılır. İmtahandan əvvəl isə müvafiq tibbi arayış tələb olunur:
“Əgər vətəndaşın hər hansısa psixoloji problemi varsa, nə təlimə, nə də imtahana buraxılır. Bu, artıq sistem daxilində nəzərə alınır. Zehni gərginlik və reaksiya zəifliyi isə hər insanda ola bilər. Hətta İQ səviyyəsi yüksək olan şəxslərdə belə bu hallar müşahidə oluna bilər. Bu səbəbdən İQ testi ilə sürücülük qabiliyyətini ölçmək yanlışdır”.
Digər nəqliyyat eksperti İlqar Hüseynli isəməsələni bir qədər fərqli aspektdən dəyərləndirib. O Sherg.az-a bildirib ki, hər il Azərbaycanda baş verən yüzlərlə yol-nəqliyyat hadisəsinin səbəblərinin əksəriyyəti insan faktoru ilə – sürücü diqqətsizliyi, məsuliyyətsizlik və psixoloji zəifliklərlə bağlıdır:

“Türkiyədəki İQ əsaslı sürücülük məhdudiyyəti qərarı yol təhlükəsizliyinə yönəlmiş radikal addım olsa da, bu modelin Azərbaycanda eynilə tətbiqi real görünmür. Əvəzində mövcud sistemin effektivliyi artırılmalı, psixoloji və funksional sağlamlıq göstəricilərinin yoxlanması gücləndirilməli, formal arayışlar reallığa çevrilməlidir. Beləliklə, həm hüquqi balans qorunar, həm də ictimai qəbul təmin edilər.
IQ göstəricilərinə əsaslanan məhdudiyyətlərin tətbiqi hüquqi və etik baxımdan incəlik tələb edir. Azərbaycanda bu, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən birmənalı qarşılanmaya bilər. Fikrimcə, daha çox funksional psixi testlərin tətbiqinə üstünlük verilməlidir.”
İ.Hüseynli hesab edir ki, Azərbaycanda kütləvi şəkildə İQ testi tətbiq olunması praktiki baxımdan da çətindir. Bu sahədə standart testlərin olmaması, metodoloji əsasların zəifliyi və ictimai qavrayışın hazır olmaması bu modelin real icrasına mane ola bilər. Onun fikrincə, sürücülərin qərarvermə, stresə davamlılıq, reaksiya sürəti və diqqət səviyyəsi kimi qabiliyyətlərini yoxlayan funksional psixoloji testlər daha məqsədəuyğundur və tətbiqi mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm