TRT HABER: Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır
Yusif Nəzərli
06:07 26.06.2025
Dünya
395
"Azərbaycanı ilk tanıyan dövlət olaraq, biz hər zaman qardaş Azərbaycanın yanında olmuşuq və bu gün də siyasi, iqtisadi və hərbi sahələrdə ona dəstəyimizi davam etdiririk".
Teleqraf xəbər verir ki, bu fikirlər "TRT HABER"in 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı hazırladığı məqalədə əksini tapıb.
"1992-ci ildən bəri Azərbaycanla aramızda hərbi əməkdaşlığa dair 100-dən artıq müqavilə və protokol imzalamışıq. Bu çərçivədə müdafiə sənayesinin inkişafı, hərbi kadrların hazırlanması və ordunun müasirləşdirilməsi istiqamətində Azərbaycanla sıx əməkdaşlıq həyata keçiririk.
Yüzlərlə azərbaycanlı zabit və hərbiçi Türkiyə hərbi məktəblərində təhsil alıb. Azərbaycan Hərbi Akademiyası isə bizim töhfəmizlə NATO standartlarına uyğun təhsil verən bir hərbi tədris mərkəzinə çevrilib.
Ətraflı
2013-cü ildə imzaladığımız anlaşmaya əsasən, hər il qardaş ölkə ilə birgə döyüş təlimlər keçiririk. Eyni zamanda, Gürcüstan və Pakistanın iştirakı ilə üçtərəfli hərbi təlimlər təşkil olunur.
Birgə ortaqlıq nəticəsində müasir silah və hərbi texnika istehsal edilir.
Azərbaycan Ordusunun 107-ci ildönümünü ürəkdən təbrik edir, “Bir millət – iki dövlət” prinsipi ilə hərbi əməkdaşlığımızı gələcəkdə daha da gücləndirəcəyimizi bildiririk",- məqalədə deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət