Fransadan tarixi qərara hazırlıq: 21 bələdiyyə binasına Fələstin bayrağı asıldı
12:14 22.09.2025
Gündəm
400
Fransa Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən “Fələstin məsələsinə həll tapılması və iki dövlətli həllin həyata keçirilməsi” mövzusundakı Yüksək Səviyyəli Beynəlxalq Konfransda Fələstin dövlətini tanıyacağını açıqlamağa hazırlaşır. Hökumətin bu qərarını dəstəkləyən bələdiyyələr binalarına Fələstin bayrağı sancıblar.
Sherg.az xəbər verir ki, Nantes, Stains və Saint-Denis də daxil olmaqla 21 bələdiyyə Daxili İşlər Nazirliyinin qadağasına baxmayaraq binalarına Fələstin bayrağı asıb.
Sosialist Partiyasının (PS) Baş Katibi Olivye For ABŞ mərkəzli X sosial media platformasında ötən həftə yazdığı açıqlamada Fransanın 22 sentyabrda Fələstin Dövlətini tanıyacağını bildirərək “bələdiyyələrdə Fələstin bayraqlarının dalğalanması” çağırışı etmişdi.
Fransada istefa vermiş hökumətin daxili işlər naziri Bruno Retailleau isə belə bir addımın dövlət qurumlarının əməl etməli olduqları “neytrallıq prinsipinə” zidd olduğunu bildirərək, valilərdən Fələstin bayrağı asan bələdiyyələri şikayət etmələrini istəyib.
Paris bələdiyyə başçısı Ann İdalqo ABŞ mərkəzli Bluesky sosial media platformasında Eyfel qülləsinin fotosunu paylaşaraq “Paris, Fələstin Dövlətinin tanınması üçün Fransa Prezidenti Makron tərəfindən BMT-yə təqdim olunan təşəbbüsü dəstəkləyir” deyib.
İsrail və Fələstin bayraqlarının birlikdə işıqlandırıldığı Eyfel qülləsi fotosunu paylaşan İdalqo iki dövlətli həll yolundan keçən sülhün tərəfdarı olduqlarını vurğulayıb.
Digər tərəfdən, Daxili İşlər Nazirliyi bələdiyyələrə Fələstin bayrağı asmağı qadağan etdiyi halda, Fransanın ən məşhur turistik simvollarından biri olan Eyfel qülləsinə Fələstin bayrağının İsrail bayrağı ilə yanaşı işıqlandırılması da birmənalı qarşılanmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat