İvanişvilidən onu devirmək çağırışlarına reaksiya
05:58 04.10.2025
Region
407
“Bu gün opponentlərimiz hansı bəyanatlar versələr də, obyektiv olmasalar, gürcü cəmiyyəti onlara reaksiya verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili yerli hakimiyyət orqanlarına seçkilərdə səs verdikdən sonra jurnalistlərə deyib.
“Opponentlərimiz (müxalifət) bu gün hansı bəyanatlar versələr də, obyektiv olmasalar, Gürcüstan cəmiyyəti onlara reaksiya verməyəcək. İnsanlar ağı qaradan ayırmağı, düzgün seçim etməyi öyrənib. Ümid edirəm ki, bu gün cəmiyyət fəal olacaq, onlar imkan daxilində seçki məntəqələrinə gedəcək və düzgün seçim edəcəklər”, - İvanişvili deyib.
Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Müxalifət hakimiyyəti dinc yolla devirmək məqsədi ilə bu gün kütləvi etiraz aksiyası təşkil etməyi planlaşdırır. Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və eyni partiyadan olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava Bidzina İvanişvili hökumətinin devrilməsinə çağırışlara görə həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual