İsrailin saxladığı 36 türk aktivisti ölkələrinə qayıdıb - YENİLƏNİB
14:12 04.10.2025
Dünya
441
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndərilib.
APA TRT "Haber"ə istinadən xəbər verir ki, onların olduqları təyyarə İstanbula çatıb.
Qeyd edilib ki, Türkiyəyə ümumilikdə "Qlobal Sumud Donanması" gəmilərində saxlanılmış müxtəlif ölkələrin vətəndaşları olan 137 şəxs gəlib.
***
13:20
İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən "Qlobal Sumud Donanması" gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.
“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual