
Həbslər çıxış yolu olmayacaq: İcra başçıları rayonları ata-babalarının mülkü sayırlar
05:33 31.10.2025
Ölkə
568
“Cavan icra başçısı gəlir, bir ilə töhmət alır”
“Rüşvət girdabından qurtulan yoxdur, DTX-nin həbsləri belə ibrət olmur”
Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. İ.Rzayev mənimsəmə, korrupsiya, hüquq pozuntuları kimi cinayətlərdə ittiham olunur. Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə İslam Rzayev icra başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, 60 yaşlı İslam Rzayev 2011-ci ildən rayonun icra başçısıdır. O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib. "Azəriqaz" QSC-nin baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib. Hazırda həbsdə olan icra başçıları İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev və Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevdir. Vilyam Hacıyev 8 il 6 ay, Mahir Quliyev 11 il, İsmayıl Vəliyev isə 6 il 2 ay müddətində azadlıqdan məhrum edilib.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, bu problemi köklü olaraq ortadan qaldırmaq üçün yerli idarəetmə sistemi dəyişməlidir. Ekspertə görə, əks təqdirdə həbslər, cinayət törədən şəxslərin cəzalandırılması da çıxış yolu olmayacaq:

"Hansısa rayonun yaşlı icra başçısını cavan kadr əvəzləyir, amma bir il keçməmiş töhmət alır. Biz rayonlardakı mənzərəni yaxşı bilirik, partiyamızın rayon təşkilatları prosesləri yaxından izləyirlər. İcra başçılarının yerli sakinlərlə necə davrandığını, özlərini yekəxana apardıqlarını, insanlara hansı münasibət göstərdiklərini bilirlər. Əksər rayonlarda yeyinti, mənimsəmə faktı üzə çıxır.
Azərbaycan hüquqi dövlətdir və münasibətlər də dəyişməyə doğru gedir. İqtidarla müxalifət arasında zaman-zaman görüşlər keçirilir, dialoq mühiti yaradılır. İcra başçıları vətəndaşları dinləməli, problemlərin həllinə çalışmalıdırlar. Demək olar ki, hər rayonda şəhid ailələri, qazilərlə bağlı problemlər var. Yerli sakinlər dərdlərini kimə deyəcəklərini bilmirlər. Bizdə icra başçıları elə zənn edirlər ki, rayon onların ata-babasından qalan şəxsi mülkləridir. Çəkinmədən, nə istəyir edirlər".
Ə.Məmmədli bildirib ki, yeni təyinat alan icra başçıları özündən əvvəlki kadrlarını işdən çıxarır, öz adamlarını ora doldurur:
"İş görmək əvəzinə onlar da əvvəlkilər kimi rüşvət, korrupsiya girdabına bulaşırlar, başlayırlar pul yığmağa. Proses beləcə davam edir. Təsəvvür edin, bu qədər icra başçısı korrupsiyaya görə DTX tərəfindən həbs olunur, amma digərlərinə ibrət olmur. Özlərindən o qədər razıdırlar ki, haqq-hesab günü özlərinə çatanadək heç bir icra başçısı inanmır ki, onu da nə vaxtsa həbs edərlər. Ona görə də yerlərdə idarəetmə sistemi, baxış, yanaşma dəyişməlidir. Yoxsa qocanı gənclə, kişini qadınla əvəzləmək arzulanan nəticə verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət