
Parlamentari: Paşinyanın təklif etdiyi yol bərbad vəziyyətdədir
05:45 31.10.2025
Cənubi Qafqaz
435
Baş nazir çalışır ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olsun
Rasim Musabəyov: "Türkiyəyə daşımalar üçün bizim başqa variantlarımız var"
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yükdaşıma üçün təklif etdiyi mümkün marşrutu açıqlayıb. O bildirib ki, İrəvan bu gün də tranzit daşımalarını həyata keçirməyə hazırdır. Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan keçməklə ən real istiqamət Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutudur. Baş nazir qeyd edib ki, əgər Türkiyə və Azərbaycan tərəfləri razılaşarsa, İrəvan bu marşrutu dərhal tranzit üçün açmağa hazırdır: "Hazırda bu, Ermənistan tərəfindən reallaşdırıla biləcək yeganə variantdır. Gorus və Kornidzora qədər yollarımız yaxşı vəziyyətdədir, tranziti təmin edə bilərik". Xatırladaq ki, Azərbaycan öz ərazisindən Ermənistana yük daşımalarına qoyulan tranzit qadağasını ləğv edib. Bunun nəticəsində Rusiya və Qazaxıstandan Ermənistana göndərilən mallar artıq Azərbaycan ərazisindən tranzit qaydada daşınır.
Millət vəkili Rasim Musabəyov deyib ki, Paşinyanın təklif etdiyi yol bərbad vəziyyətdədir. Deputat vurğulayıb ki, kimlərsə sadəcə yolun məsafəsini ölçərək bunun ən optimal variant olduğunu düşünürsə, yanılır:

"Gorus-Sisian yolu faktiki olaraq sovet dövründəki kimidir. Necə varsa, elə də qalıb. Çünki o yoldan istifadə olunmurdu, orada heç bir tranzit yox idi. Məsələnin mahiyyəti odur ki, Paşinyan öz ənənəvi oyunlarını oynayır. Baş nazir çalışır ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olsun. Hazırda Azərbaycanın Paşinyanın təklif etdiyi yoldan Türkiyəyə daşınmalarına ehtiyacı yoxdur. Bizim Gürcüstan üzərindən Türkiyəyə avtomobil və dəmiryol xəttimiz mövcuddur. Hazırda dəmiryolun yükdaşıma həcminin 1 milyondan 5 milyon tona çatdırılması reallaşmaq üzrədir. Qeyd edim ki, o zaman Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə yolu Sisian-Gorus-Laçın-Şuşa istiqaməti üzrə idi. İndi zəhmət çəksinlər, Şahbuzdan Sisiana, oradan Gorusa yol çəksinlər. Orada məsafə Meğridən qısadır. Belə olarsa, Paşinyanın təklifi Azərbaycan üçün səmərəli ola bilər. Bunu reallaşdırmaq çətin deyil. Şahbuzda 40-50 avtomobildən ibarət kolon formalaşar, bütün günü binoklla ərazilərimizi izləyən Avropa İttifaqının "mülki missiyası"nın müşayiəti ilə 40 dəqiqəyə Laçına çatarlar. Bunun müqabilində Azərbaycan 20 km.lik Qafan-Gorus yolunda Ermənistanın daxili daşımalarına imkan yaradar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət