6 aydan sonra dəhşətlər üzə çıxdı
Yusif Nəzərli
09:22 08.10.2022
Dünya
603
Ukrayna Rusiyaya casusluq edənlərin izinə düşüb
Ukrayna gücləri tərəfindən 6 ay sonra Balakliyanın azad edilməsinin ardından qəsəbədə rus işğalı zamanı yaşanan dəhşətlər üzə çıxıb. Türkiyə mediasında yer alan xəbərə görə, Rusiya işğalı müddətində qəsəbədə işgəncə otaqları qurulub, yerli sakinlər qətlə yetirilib. Rus hərbçiləri qəsəbənin polis şöbəsini intihar yerinə çeviriblər. Sağ qalan sakinlər polis şöbəsinin zirzəmisində saxlandıqlarını, işgəncələrə məruz qaldıqlarını, bədənlərinə elektrik verildiyini, hər an ölüm qorxusu altında qalaraq psixoloji travma yaşadıqlarını bildirib. Lakin Rusiya dinc əhaliyə qarşı işgəncə suçunu inkar edir. Amma qəsəbə geri alındıqdan sonra kütləvi məzarlıqlar aşkarlanıb. Bu da Rusiya silahlılarının yerli xalqı işgəncə ilə öldürdüyünə işarə edir. Balakliya Xarkov vilayətinin İzyum şəhərinin bir qəsəbəsidir. Qəsəbə əhalisinin sayı 30 min qeyd edilir.
İşğal müddətində rus hərbi birlikləri ilə əməkdaşlıq edənlər də olub. Ukrayna hökuməti indi bu şəxsləri müəyyənləşdirir. İlkin məlumatlara görə, rəsmi Kiyev 1309 şübhəli və ruslara çalışan 450 nəfər haqqında istintaqa başlayıb. Onların arasında sabiq təhlükəsizlik əməkdaşı Oleq Kalaida Rusiyaya xidmət etməyi qəbul etdikdən sonra general rütbəsi alıb və polis rəisi təyin edilib. O, ələ keçiriləcəyi təqdirdə 15 il həbs cəzası alacaq. Ukraynada əvvəllər aktrisalıq etmiş Nataliya Romançenko da şübhəlilər sırasındadır. Aktrisa 2 oğlunun sovet hərbi geyimində fotolarını paylaşıbmış.
Ruslara işlədiyi məlum olan Zaporojye bələdiyyə başqanı İvan Suşkonun avtomobili ötən ay Ukrayna xalq qüvvələri tərəfindən partladılıb və o, həlak olub. Xerson şəhərinin sabiq bələdiyyə başqanı Volodimir Saldo da vətən xainləri arasındadır. Hüquq-mühafizə orqanları istintaq aparsa da, yerli xalq arasında xainlərə məhkəmə qurub cəza kəsənlər də var.
Ukrayna Daxili İşlər Nazirliyi isə “bu şəxslər haqqında həbs qərarı var və onların həyatı artıq mühafizə edilmir” bildirərək Vətən xainlərinin cəzalandırılmasını doğru sayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm