ABŞ-da Böyük Depressiyadan bəri ilk dəfə ölkəni daimi yaşamaq üçün tərk edənlərin sayı ölkəyə köçənlərin sayını təxminən 300 min nəfər üstələyib.
ABŞ prezidenti Donald Tramp bu vəziyyəti qeyri-qanuni miqrantların deportasiyası və ölkəyə giriş qaydalarının sərtləşdirilməsi ilə izah edir. Lakin ölkəni tərk etmək istəyənlər arasında ABŞ vətəndaşlarının da sayı artır.
Sherg.az xəbəbər verir ki, Gallup sorğusuna əsasən, amerikalıların 20 faizi vətənini həmişəlik tərk etmək istədiyini bildirib.
ABŞ-dan köçənlər əsasən Meksika, Kanada, Böyük Britaniya və İspaniyanı seçirlər. Səbəblər arasında yaşayış xərclərinin yüksəkliyi, təhlükəsizlik və sosial problemlər göstərilir.
Bəzi amerikalılar isə daha ucuz həyat imkanlarına görə Vyetnam və Kambocaya üz tuturlar. Məsələn, Vyetnamda yaşayan 38 yaşlı amerikalı bildirib ki, ABŞ-da aylıq 4 min dollar qazansa da, bu məbləğ ona güclə çatırdı. Dananqda isə dəniz mənzərəli ikiotaqlı mənzilə ayda 400 dollar ödəyir.
Məqalədə Rusiyaya köçən amerikalılardan da bəhs olunur. 64 yaşlı Maykl Melisiya təqaüdə çıxdıqdan sonra Rusiyaya köçdüyünü və burada aylıq 2 min dollarlıq təqaüdlə ABŞ-dan daha rahat yaşadığını deyib.
Müəllif qeyd edir ki, vaxtilə Donald Trampın prezidentliyi ilə razılaşmayaraq ABŞ-ı tərk edəcəyini bildirən bəzi məşhurlar isə ölkədə qalmağa üstünlük verib.