ABŞ və Rusiya liderləri niyə Bakını seçir? – Gizli detallar...
Fidan Həmişəyeva
11:37 06.05.2021
Dünya
737
“İki əsas məqam var: Birincisi, təhlükəsizlik. İkincisi, etibarlılıq, yəni informasiyanın sızmaması”
“Skandinaviya ölkələrində də Rusiya üçün belə təhlükələr ola bilər”
“Bakının isə təhlükəsizlik və etibarlılıq təcrübəsi var”
ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilə bilər. Bu barədə məlumatı “Politico” nəşrinə ABŞ-ın keçmiş rəsmi şəxsləri və ekspertlər deyib.
Mənbənin yazdığına görə, mühüm görüşün keçirilə biləcəyi digər məkanlar sırasında İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Polşanın paytaxtı Varşava şəhərinin adı çəkilir. Xəbərdə həmçinin qeyd olunur ki, Çexiya ilə Moskva arasındakı münasibətlərin kəskin pisləşməsi, Praqanın seçilməsi ehtimalını azaldır.
Siyasi şərhçi Asif Nərimanlı görüşün nə üçün paytaxtımızda keçirilə biləcəyi və bunun rəsmi Bakıya gətirəcəyi dvidentlər barədə “Sherg.az”a danışıb:
“ABŞ və Rusiya başçılarının görüşməsi üçün bir neçə yer təklif edilir. Bunlardan biri Çexiya, Bakı və Skandinaviya ölkələridir. Hazırda Çexiyanın Rusiya ilə müəyyən problemlərinin olduğu üçün bu ölkədə görüş arxa plana keçir. Fikrimcə, Bakı variantı daha məqbul hesab oluna bilər. Çünki Skandinaviya ölkələri nə qədər neytral görünsələr də, Rusiyanın Avropa ilə şimal sərhədlərini təşkil edir. NATO-nun həmin ölkələrdə aktivliyi həmişə Rusiyanın narahat olmasına səbəb olur”.
Analitik vurğulayıb ki, Baydenin prezident seçilməsindən sonra Amerika- Rusiya qarşıdurmasının daha aktiv fazaya keçməsi Rusiya prezidentinin məhz həmin ölkəyə getməsi üçün problem yarada bilər:
“Çünki belə görüşlərdə iki əsas məqam var: Birincisi, təhlükəsizlik. İkincisi, etibarlılıq, yəni informasiyanın sızmaması. Skandinaviya ölkələrində də Rusiya üçün belə təhlükələr ola bilər. Bakının isə təhlükəsizlik və etibarlılıq təcrübəsi var. Bilirik ki, NATO-nun hərbi rəhbərliyi ilə Rusiyanın Baş Qərargah rəisi zaman-zaman Azərbaycanda görüşüblər. 2019-cu ildən sonra ölkəmizdə 5 dəfə belə görüş olub. Hər görüşdə təhlükəsizlik və etibarlılıq diqqətə alınıb, hansısa problem yaşanmayıb. Bu fakt ABŞ və Rusiya rəhbərlərinin Bakını seçməsi üçün önəm daşıyır. Digər maraqlı məqam odur ki, məhz Qarabağ münaqişəsindən sonra Cənubi Qafqaz Amerika və Rusiyanın əsas mübarizə apardığı ərazilərdən biridir. Tərəflərin mübarizə apardıqları bu bölgədə addımlar atmaq üçün öz aralarında razılığa gəlmələri mümkündür. Ölkəmizin təcrübəsi imkan verir ki, Putin və Baydenin görüşü paytaxtmızda keçirilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm