ABŞ və Rusiya qarşıdurması böyük təhlükələr vəd edir
Turan
07:09 20.03.2021
Dünya
408
Belə gərgin vəziyyət Qərblə Rusiya hərbi rəhbərliyi arasında Bakıda yeddinci görüşün keçirilməsini şərtləndirə bilər
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib. Putin deyib ki, keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs Prezident Baydendən gəlib: “Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək. Mənə elə gəlir ki, bu, Rusiya və Amerika xalqları üçün maraqlı olacaq”.
Rusiya prezidenti amerikalı həmkarı ilə münasibətlərin davam etməsində maraqlı olduğunu deyib. Lakin Co Bayden administrasiyası Putinin canlı yayım müzakirəsi təklifindən imtina edib. Amerikalılar isə bunu Ağ Ev rəhbərinin zəifliyi kimi qələmə veriblər: “Putin Co Baydeni hazırlanmış senari olmadan canlı yayımda debata dəvət etdi. Bütün dünya bilir ki, bizdə lap yuxarıda lider yoxdur. Amerikanın rəqibləri bu zəifliyə baxır və sevinirlər”.
Millət vəkili Elman Nəsirov ABŞ-Rusiya münasibətlərinin ən mürəkkəb dövrünü yaşadığını deyib. Deputatın sözlərinə görə, əslində ABŞ-la Rusiyanın münasibətləri həmişə ziqzaqvarı inkişaf yolu ilə seçilib:
“Onlar bir-birinə həmişə daimi siyasi rəqib kimi baxıblar. Amma Co Bayden prezidentliyə başladıqdan sonra münasibətlərin gərginləşmə tempi artıb. Gərginliyin zirvə nöqtəsi Baydenin açıq şəkildə Vladimir Putini qatil adlandırması olub.
Bu artıq o deməkdir ki, tərəflər arasında bütün körpülər yandırılıb. Rusiya tərəfi Ağ Evə qarşı analoji davranış həyata keçirəcəyini bildirib. İki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsi istisna edilmir. Məsələ ondadır ki, ABŞ və Rusiya kimi iki nəhəng fövqəldövlətlər arasında münasibətlərin həddindən artıq pisləşməsi çox böyük təhlükələr yarada bilər.
Belə gərgin vəziyyət Qərblə Rusiya hərbi rəhbərliyi arasında Bakıda yeddinci görüşün keçirilməsini şərtləndirə bilər. Bilirsiz ki, tərəflər arasında bir neçə təmaslar məhz paytaxt Bakıda baş tutub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm