Adı “Bəyaz ölüm” !- Təkbaşına 700 rus əsgərini güllələyib
Yusif Nəzərli
09:18 02.04.2022
Dünya
736
"Yapon döyüşçü soyuq havada ağzından çıxan buxar onu ələ verməsin deyə, ağzına qar alıb saatlarla hədəfini gözləyirmiş"
Rusiyanın Ukraynaya hərbi təcavüzü yaddaşlarda həm də bir çox həyat hekayələri ilə yadda qalacaq. Kimisi köməksizə əl uzatması, dar günün dostu olmasıyla, kimisi də düşmənə ağır zərbələr vurmaqla. Bugünədək bir neçə şəxsin adını duyduq. Aralarında snayper olan qadınlar da vardı. Hər iki tərəfdən. Amma tarixə adını “Bəyaz ölüm” olaraq yazdırmış bir insan var ki, onun “rekord”u hələ təzələnməyib.
Bu, yapon Simo Hayhadır. Simo Hayha dünya hərb tarixinə adını ən dəqiq snayper olaraq yazdırıb. S.Hayha SSRİ-nin Finlandiyanı işğalı zamanı Fin ordusunda döyüşüb. “Milliyet.com” yapon snayperin həyat hekayəsini təqdim edib. S.Hayha qütb soyuğunun mənfi 20-dən mənfi 40 dərəcəyədək şaxtalı havasında ağ geyimlə kamuflyaj olaraq gah ağac oyuğunda, gah da qarın içində gizlənirmiş.
S.Hayha 100 gün ərzində onu əsir almaq üçün göndərilmiş snayperlər də daxil olmaqla 700 rus əsgərini güllələyib. Yapon döyüşçü soyuq havada ağzından çıxan buxar onu ələ verməsin deyə, ağzına qar alıb saatlarla hədəfini gözləyirmiş. Hətta o qədər professional imiş ki, silahının optik gözlüyündən deyil, orijinal nişangahdan istifadə edirmiş.
Ruslar ona “Bəyaz ölüm” ləqəbi vermişdi. Simo Hayha əslində hərbçi olmayıb, sadə bir kəndli, amma usta ovçu imiş. Kimsə onun müharibədə “ölüm maşını” olacağını ağlına belə gətirməzdi. Müharibə S.Hayhanın həyatında dərin iz buraxdı. Yanında mərmi partladı və üzü tanınmaz hala düşdü. Amma o, yalnız müharibə bitdiyi gün ordudan tərxis oldu. Müharibədən sonra əzəli işinə, həyatına döndü.
Maral ovçuluğuna davam etdi və köpək yetişdirən oldu. Hətta Finlandiya Prezidenti Urho Kekkonen ilə ova getdiyi də deyilir. 1998-ci ildə ondan “belə dəqiq nişançı olmağı necə bacardınız” soruşulduqda “vərdişdən asılıdır” cavabını vermişdi. S.Hayha ömrünün son illərini Finlandiya-Rusiya sərhədinə yaxın kiçik bir kənddə keçirib, 2002-ci ildə vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət