Aİ Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yardım büdcəsini müəyyənləşdirib
Yusif Nəzərli
17:46 16.01.2025
Dünya
357
Avropa İttifaqı (Aİ) dünyanın aparıcı humanitar yardım donoru olaraq qalır və bu məqsədlə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün 5 milyon avro ayıracaq.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
“2025-ci ilin əvvəlinə olan vəziyyətə görə, 300 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Buna görə də Aİ onlara kömək etmək öhdəliyinə sadiq qalır və təxminən 1,9 milyard avro ayıracaq. Humanitar yardım üçün ayırdığımız maliyyə yerlərdəki tərəfdaşlarımızı - BMT komandalarını, “Qızıl Xaç”ı və “Qızıl Aypara”nı, beynəlxalq və yerli hökumət və qeyri-hökumət təşkilatlarını dəstəkləyəcək”, - AK-nın böhranların idarə edilməsi üzrə komissarı Aca Lyabib bildirib.
AK-nın məlumatına görə, 2025-ci ildə Ukraynaya ilkin yardımın 140 milyon avro olması planlaşdırılır. Moldova üçün 8 milyon avro, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün 5 milyon avro ayrılıb. Bütövlükdə Yaxın Şərqə 375 milyon avro ayrılması planlaşdırılır. Şimali Afrika və Yəmənə ayrıca olaraq 95 milyon avro yardım nəzərdə tutulub.
Afrika qitəsinin əhəmiyyətli hissəsi üçün 510 milyon avro ayrılır. Ayrıca olaraq Cənubi Afrika və Hind okeanı regionu üçün 35 milyon avro ayrılacaq.
Asiya və Sakit okean regionu üçün təxminən 182 milyon avro nəzərdə tutulub. Latın Amerikası və Karib hövzəsi üçün ilkin olaraq 113 milyon avro yardım planlaşdırılır.
Lyabibin sözlərinə görə, qəfil fövqəladə hallara və gözlənilməz humanitar böhranlara cavab vermək üçün qlobal fəaliyyət üzrə 295 milyon avrodan çox əlavə “təcili maliyyələşdirmə” də nəzərdə tutulub.
110 milyon avrodan çox vəsait innovativ layihələr və siyasi təşəbbüslər, məsələn, çoxillik proqram tərəfdaşlığı və fövqəladə hallara reaksiya imkanlarının artırılması üçün ayrılacaq.
Xatırladaq ki, AK 1992-ci ildən bəri 110-dan çox ölkəyə humanitar yardım göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə