
Almaniya-Rusiya, NATO-Rusiya hərbi qarşıdurması olacaq? - ŞƏRH
22:37 15.01.2024
Dünya
675
Savaş gözlənilmir Almanlar iki dəfə ağır məğlubiyyətə uğrayıblar
Almaniyanın “Bild” nəşri əldə etdiyi məxfi sənəd əsasında iddia edib ki, Bundesver (Almaniya ordusu – red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır. Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən ssenaridir. Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq, ardınca onminlərlə alman əsgəri döyüşə göndəriləcək. Estoniya Baş naziri Kaya Kallas isə deyib ki, “Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, "Bild" kifayət qədər ciddi nəşrdir, lakin iddianın söykəndiyi mənbə qeyri-müəyyəndir. Yəni hər hansı məxfi sənədə istinad etmək xəbərin düzgünlüyünü şübhə altına atır. Onun fikrincə, iddiada qeyd olunan məqamlar reallığı əks etdirmir:

"Məsələ ondadır ki, eskalasiyanın cəmi bir neçə həftədən sonra başlanması güman edilir. Halbuki 2024-cü il başlayandan Rusiya-Ukrayna müharibəsində ciddi aktivlik müşahidə edilir. Hətta Ukrayna ordusu Kurska “Toçka-U” raketləri ilə hücum edib, bir sıra rus şəhər və qəsəbələrinə zərbələr endirilib. Rusiya tərəfi də öz növbəsində hücumlarını intensivləşdirib və bir sıra kiçik obyektləri nəzarətə götürüb. Ümumiyyətlə, qarşıdan Rusiya prezident seçkiləri gəlir və Putin seçkiyə güclü getmək üçün qələbələr əldə etmək istəyir. Buna görə də Rusiyanın bütün cəbhəboyu hücumları artıracağı daha real versiyadır. Yəni Kremlin seçkiöncəsi NATO ilə gərginliyi artırması gözlənilmir. Estoniya Baş naziri Kaya Kallas həmçinin onu da deyib ki, “Rusiya NATO ilə münaqişədən qorxur”. Bu, həqiqətən də belədir. Rusiya Ukrayna ilə müharibə aparmaq gücündə olsa da, bütöv alyansla savaşacaq gücə sahib deyil. Bunun Rusiya və Putin hakimiyyəti üçün fəlakətlə nəticələnəcəyi bəllidir. Kreml Rusiya dövlətçiliyini təhdid altına alacaq belə bir müharibədən maksimum dərəcədə qaçmağa çalışacaq. O ki qaldı Almaniya ordusunun Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşmasına, bu, psixoloji üstünlüyü ələ almaq üçün ortaya atılan iddiadan başqa bir şey deyil. Rəsmi Berlin tarix boyu iki dəfə rus ordusu ilə qarşı-qarşıya gəlib. Coğrafi amil və hava şəraiti rusların köməyinə çatıb və almanlar iki dəfə ağır məğlubiyyətə uğrayıblar. Berlinin üçüncü dəfə belə bir addımı atması real deyil, lakin bununla belə almanların İkinci Dünya müharibəsindən bəri Kalininqradı qaytarmaq kimi planı var. Bu detal isə rusları hər zaman narahat edib. Nəticə etibarilə qarşıdakı aylarda nə Almaniya-Rusiya, nə də ümumilikdə NATO-Rusiya hərbi qarşıdurması olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət