İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib

İran ABŞ ilə danışıqlara yenidən başlamaq barədə hələ qərar qəbul etməyib.

Sherg.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazirin sözlərinə görə, Qətər və Pakistan vasitəsilə ötürülən mesajlar danışıqların başladığı anlamına gəlmir. Əraqçi həmçinin bildirib ki, İran və Oman arasında aparılan ayrı-ayrı görüşlər Hörmüz boğazından keçid üçün dəniz marşrutunun müəyyənləşdirilməsinə yönəlib.

O qeyd edib ki, Hörmüz boğazından gəmi hərəkətinin bərpası üçün ABŞ bir sıra şərtləri yerinə yetirməlidir.