Almaniya Bundestaqında Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin rəhbərliyi ilə Rusiya vətəndaşlarına Şengen turizm vizalarının tam qadağan edilməsini təklif edilib.
Sherg.az xəbər verir ki, partiyanın Avropa Parlamentindəki nümayəndələri bildiriblər ki, 2025-ci ildə təxminən 500 min Rusiya vətəndaşı Avropada istirahət edib və bu praktikanın dayandırılması lazımdır.
Sənəddə qeyd olunur ki, “Aİ-də istirahət Rusiya kimi aqressiv müharibə aparan ölkənin vətəndaşları üçün hüquq deyil, imtiyazdır”.
Təklif qəbul olunarsa, Rusiya vətəndaşlarının Avropaya turizm məqsədilə səfərləri ciddi şəkildə məhdudlaşdırıla bilər.