ABŞ seçkilərinin ilkin nəticələri: Demokratlar Respublikaçıları məğlub edir

ABŞ-də keçirilən aralıq seçkilərindən sonra səslərin sayılması davam edir.

Teleqraf xəbər verir ki, ilkin nəticələr Demokratlar Partiyasının seçkilərdə Respublikaçılar Partiyasına qalib gəldiyini göstərir.

İlkin nəticələr aşağıdakı kimidir:

Senat: Demokratlar Senatda 53, Respublikaçılar 41 mandat

Nümayəndələr Palatası: Demokratlar 213, Respublikaçılar 126 mandat

Ştatlar üzrə qubernator seçkilərində isə Demokratlar 24-18 hesabı ilə Respublikaçılardan öndədir.