Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
1993-cü il təvəllüdlü Xanlar Vəkilov müxtəlif xəsarətlərlə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onu həmkəndlisi olan 15 yaşlı yeniyetmə A.Gülməmmədov bıçaqlamaqda şübhəli bilinir. İlkin məlumata görə, hər iki şəxs spirtli içkinin təsiri altında olub.
Faktla bağlı araşdırma başlanıb.