Amerika və Avropa Çini necə durduracaq? - AKTUAL
Fidan Həmişəyeva
10:01 17.03.2021
Dünya
622
Yaponiyada nəşr olunan “Nikkei Asia” dərgisindəki yazıya görə, ABŞ Sakit okean boyunca Çinin mühasirəsini gücləndirəcək. Vaşinqtonun məqsədi Çini durdurmaqdır. Dərginin yazdığına görə, Vaşinqton yeni proqrama 6 il ərzində 27 milyard dollara yaxın maliyyə xərcləməyi planlaşdırır. Proqramın artıq Konrqesə təqdim edildiyi bildirilir.
Proqramda yazılıb ki, ABŞ Çini durdurmasa bu bölgə üçün ciddi təhlükə yaradacaq. Ona görə də ABŞ Sakit okean bölgəsində hərbi fəallığını artırmalıdır, əks halda Çin bu bölgənin ölkələrinə qarşı aqressiv siyasətini gücləndirməkdə davam edəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də proqramda Amerikanın Sakit okean bölgəsində balansın Çinin xeyrinə pozulmasına yol verməməsi vacibliyi vurğulanıb.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, proqrama görə, Amerika Sakit okean bölgəsində həm hərbi gəmilərinin, həm də raketlərdən müdafiə sistemlərinin sayını artırmalıdır:
“Bu, ilk mərhələdə Tayvan, Okinava adalarını və Filippini qorumaq üçündür. Çünki, Vaşinqtonun fikirincə, Pekin ilk hədəfləri məhz adı çəkilən ərazilərdir. Amerika ikinci mərhələdə Yaponiyanın okeana çıxan şərq hissəsini və İndoneziyanın cənub hissəsinin müdafiəsini gücləndirməlidir.
Proqramın icrasına 2022-ci il üçün 4.7 milyard dollar ayrılmalıdır ki, bu rəqəm ötən ilkindən eyni məqsədlər üçün ayrılan maliyyədən 2.2 milyard dollar çox olacaq. Ümumilikdə Pentaqon Çinə aid xərclərini 36 faiz artıracaq. ABŞ-ın admiralı Filip Devidson Pekini durdurmaq üçün hərbi xərclərin artırılmasının vacib olduğunu bildirərək, Çinin bölgədə status-kvonu dəyişməyə çalışdığını vurğulayıb. Başqa sözlə, Çin hərbi gücünü qonşularından bir neçə dəfə artırmağı planlaşdırıb. Amerikalı hərbi ekspertlərin fikrincə, bu məqsədsis deyil. Buna misal kimi Çinin bölgədə 1250 orta mənzilli rekat yerləşdirdiyi göstərilib. Amerika hazırda Sakit okean bölgəsində 132 min hərbçisini yerləşdirib. Bu say gələcəkdə arta bilər”.
Analitik qeyd edib ki, Yaponiya da Çinin hərbi planlarından narahatdır:
“ABŞ-ın Yaponiyada bir neçə hərbi bazası var. Amerikanın Yaponiyadakı hərbçilərinin sayı 55 min nəfərdir. Bu, Amerikanın xarici ölkədə saxladığı ən çox hərbçi sayıdır. Bundan başqa, Yaponiyanın özü də hərbi gücünü və raket potensialını artırmağa çalışır. Digər tərəfdən Yaponiya büdcəsində hərbi xərclər ilbəil artır. Halbuki, İkinci Dünya müharibəsinin nəticəsinə görə, Yapononiyanın hərbi gücünü artırmasına məhdudiyyət var. Çin təhlükəsi Amerikanın Yaponiyanın hərbi potensialını artırmağa icazə verməsinə şərait yaradıb”.
E.Şahinoğlu Avropanın da Çinin hərbi qüdrətinin artırmasından narahat olduğunu diqqətə çatdırıb:
“Almaniyanın “Der Tagesspiegel” nəşrinin yazdığına görə, Pekinin Tayvan və Tibet, o cümlədən uyğurlara qarşı zorakı siyasəti Brüsseldə geniş müzakirə olunur. Avropa İttifaqı keçmişdə SSRİ ilə olduğu kimi Çinlə də “soyuq müharibənin” başladığı qənaətindədir. Ona görə də Vaşinqton kimi Brüssel Çini durdurmaq siyasətinə üstünlük verməyə başlayıb. Misal üçün Almaniyanın Müdafiə Nazirliyinin martın 7-də yayınladığı hesabata görə, Rusiya ilə yanaşı Çinin həm hərbi gücü, həm də nüvə potensialı artır və bu Qərb ölkələri, o cümlədən NATO üçün ciddi təhlükələr yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual