Avropa İttifaqı Qırğızıstan aviadaşıyıcılarını qara siyahıdan çıxararaq öz ərazisinə onların uçuşlarına icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Respublikası Avropa İttifaqına uçuş qadağası tətbiq edilən aviadaşıyıcılar siyahısından çıxarılıb" - açıqlamada bildirilir.