Siyasi partiyalara büdcədən ayrılan vəsait ardıcıl bir neçə ildir ki, sabit olaraq qalır.
APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, siyasi partiyalara ayrılan vəsaitin artırılması müzakirə edilə bilər: “Uyğun təkliflər formalaşarsa, bunu müzakirə edə bilərik”.
Qeyd edək ki, büdcə müzakirələri zamanı siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif edilib.