ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələri:
Senat - Demokratlar Partiyası 54, Respublikaçılar Partiyası 44 mandat
Nümayəndələr Palatası - Demokratlar Partiyası 228, Respublikaçılar Partiyası 139 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar Partiyası 27, Respublikaçılar Partiyası 20
***
12:37
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələri:
Senat - Demokratlar Partiyası 54, Respublikaçılar Partiyası 44 mandat
Nümayəndələr Palatası - Demokratlar Partiyası 225, Respublikaçılar Partiyası 137 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar Partiyası 26, Respublikaçılar Partiyası 20
***
12:08
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələri:
Senat - Demokratlar Partiyası 54, Respublikaçılar Partiyası 43 mandat
Nümayəndələr Palatası - Demokratlar Partiyası 225, Respublikaçılar Partiyası 136 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar Partiyası 25, Respublikaçılar Partiyası 20
***
11:44
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Respublikaçılar Partiyasına qalib gəlir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 54, Respublikaçılar 42 mandat
Nümayəndələr Palatası - Demokratlar 224, Respublikaçılar 135 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar 25, Respublikaçılar 19
***
11:25
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Respublikaçılar Partiyasına qalib gəlir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 53, Respublikaçılar 42 mandat
Nümayəndələr Palatası - Demokratlar 224, Respublikaçılar 134 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar 25, Respublikaçılar 19
***
11:11
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Respublikaçılar Partiyasına qalib gəlir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 53, Respublikaçılar 42 mandat
Nümayəndələr Palatası - Demokratlar 223, Respublikaçılar 132 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar 25, Respublikaçılar 19
***
10:57
ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Respublikaçılar Partiyasına qalib gəlir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 53, Respublikaçılar 42 mandat
Nümayəndələr Palatası - Demokratlar 221, Respublikaçılar 129 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar 25, Respublikaçılar 19
***
10:43
ABŞ-də keçirilən aralıq seçkilərindən sonra səslərin sayılması davam edir.
Teleqraf xəbər verir ki, ilkin nəticələr Demokratlar Partiyasının seçkilərdə Respublikaçılar Partiyasına qalib gəldiyini göstərir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 53, Respublikaçılar 42 mandat
Nümayəndələr Palatası - Demokratlar 220, Respublikaçılar 128 mandat
Ştatlar üzrə qubernator seçkiləri - Demokratlar 24, Respublikaçılar 19
***
10:25
ABŞ-də keçirilən aralıq seçkilərindən sonra səslərin sayılması davam edir.
Teleqraf xəbər verir ki, ilkin nəticələr Demokratlar Partiyasının seçkilərdə Respublikaçılar Partiyasına qalib gəldiyini göstərir.
İlkin nəticələr aşağıdakı kimidir:
Senat - Demokratlar 53, Respublikaçılar 41 mandat
Nümayəndələr Palatası - Demokratlar 213, Respublikaçılar 126 mandat
Ştatlar üzrə qubernator seçkilərində isə Demokratlar 24-18 hesabı ilə Respublikaçılardan öndədir.
***
06:58
ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyasının Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyi proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Decision Desk HQ” (DDHQ) portalı məlumat yayıb.
Portalın noyabrın 4-də açıqladığı ilkin nəticələrə görə, demokratlar Nümayəndələr Palatasında ən azı 127, respublikaçılar isə 83 mandat qazanıblar.
Bundan əlavə, demokrat namizədlər hazırda respublikaçıların təmsil olunduğu dörd seçki dairəsində üstünlük əldə ediblər. DDHQ-nin qiymətləndirməsinə əsasən, bu nəticələr Demokratlar Partiyasının Nümayəndələr Palatasında çoxluğu ələ keçirəcəyini göstərir.
Qeyd edək ki, ABŞ Konqresinin aşağı palatasında nəzarəti təmin etmək üçün 435 mandatdan ən azı 218-ni qazanmaq lazımdır. Seçkilərədək Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsus idi.
ABŞ-da seçkilərin nəticələrini ölkə üzrə elan edən vahid federal qurum yoxdur. Aparıcı media təşkilatları səslərin hesablanmasına əsasən qaliblərlə bağlı proqnozlar açıqlayırlar.
Noyabrın 3-də keçirilən aralıq seçkilərdə amerikalılar Senatın 35, Nümayəndələr Palatasının isə bütün 435 üzvünü seçirlər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.
06:31
***
ABŞ-də Konqresə keçirilən aralıq seçkilərin ilkin nəticələri açıqlanır.
Teleqraf xəbər verir ki, “Associated Press” (AP) agentliyinin noyabrın 4-də Bakı vaxtı ilə səhər saatlarına olan hesablamalarına əsasən, Demokratlar Partiyası Senatda 45, Respublikaçılar Partiyası isə 34 yer əldə edib.
“Decision Desk HQ” (DDHQ) portalının proqnozuna görə, demokratlar Konqresin Nümayəndələr Palatasında çoxluğu qazana bilərlər.
Senat seçkilərində diqqətçəkən nəticələrdən biri Corciya ştatında qeydə alınıb. DDHQ-nin proqnozuna əsasən, Senatın ən gənc üzvü olan 39 yaşlı demokrat Con Ossoff yenidən seçilir. İlkin məlumatlara görə, o, səslərin təxminən 75 faizini toplayıb.
Ohayo ştatında isə respublikaçı senator Con Hasted demokrat rəqibi Şerrod Braundan geri qalır. “The New York Times” qəzetinin məlumatına əsasən, bülletenlərin 15 faizi hesablandıqdan sonra Braun 441 mindən, Hasted isə 242 mindən çox səs qazanıb.
NBC News telekanalının proqnozuna görə, Massaçusetsdə demokrat Ed Marki yenidən senator seçilib, İllinoysda isə Culiana Stratton qalib gəlib.
AP-nin hesablamalarına əsasən, demokrat Roy Kuper Şimali Karolinada, Kris Kuns Delaverdə, Cek Rid Rod-Aylenddə, Kris Pappas isə Nyu-Hempşirdə Senata seçkilərin qalibi elan edilib.
Respublikaçılardan Şelli Mur Kapito Qərbi Virciniyada senator mandatını qoruyub. Kentukki ştatında isə Endi Barrın qalib gələcəyi proqnozlaşdırılır.
Nümayəndələr Palatasına seçkilərdə də mübarizə davam edir. NBC News-un proqnozuna görə, Kentukkidən respublikaçı Ceyms Komer yenidən seçilir.
Floridada respublikaçı Anna Paulina Luna da mandatını qorumağa yaxındır. DDHQ-nin məlumatına əsasən, səslərin 95 faizindən çoxu hesablandıqdan sonra Luna 154,3 mindən artıq səs toplayaraq demokrat rəqibini təxminən 3 min səslə qabaqlayır.
Qeyd edək ki, seçkilərdə Senatın 100 üzvündən 35-i və Nümayəndələr Palatasının bütün 435 üzvü müəyyənləşdirilir. Səslərin hesablanması davam edir.