Azərbaycanın Moldovadakı səfirliyində Respublika Günü münasibətilə bayram tədbirləri keçirilib
19:17 28.05.2021
Dünya
435
28 May - Respublika Günü münasibətilə Azərbaycanın Moldovadakı səfirliyi bir sıra bayram tədbirləri təşkil edib.
Səfirlikdən verilən məlumata görə, tədbirlərə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin katibi Dmitri Sokolan, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmənsüər, Belarusun Moldovakı səfiri Anatoli Kalinin, Moldova parlamentinin deputatları, həmçinin ölkənin görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları, eləcə də media nümayəndələri qatılıblar.
Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov qonaqları salamlayıb. O bildirib ki, builki bayram xalqımız üçün xüsusilə əlamətdardır. Belə ki, ilk dəfə olaraq Respublika Günü işğaldan azad edilmiş Şuşa və Qarabağla birlikdə qeyd edilir.
Tədbirdə çıxış edən qonaqlar da xalqımızı Respublika Günü münasibətilə təbrik edib, ölkəmizə sülh və firavanlıq arzulayıblar.
Çıxışlardan sonra qonaqlar ümummilli lider Heydər Əliyevin səfirlik parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Bayram tədbirləri çərçivəsində Heydər Əliyevin hər bir azərbaycanlı üçün vətənpərvərlik rəmzinə çevrilmiş “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözlərinin üç dildə həkk olunduğu xatirə lövhəsinin açılışı olub.
Bundan əlavə, səfirliyin ərazisində Azərbaycanın müstəqilliyi və dövlət bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Şəhidlər bulağı” istifadəyə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm