
Bakı-London münasibətlərinin gizlinləri! – “Britaniyanın İran siyasətində Azərbaycan amili...”
Bakı-London münasibətlərinin gizlinləri! – “Britaniyanın İran siyasətində Azərbaycan amili...”
Yusif Nəzərli
14:51 10.10.2022
Dünya
568
“Dünya siyasi xəritəsinin dəyişdirilməsi üçün cəhdlərin alovlandığı zamanda mühüm coğrafiyada yerləşən Azərbaycanın regional gücü Britaniya üçün cəlbedici gəlir”
“Azərbaycanla Britaniyanın münasibətləri yüksək səviyyəyə qalxacaq və iqtisadi-siyasi sərmayələrlə stimullaşdırılacaq"
"Böyük Britaniyanın Azərbaycanla münasibətlərinin istiqamətini ikitərəfli və çoxtərəfli aspektlərlə qiymətləndirmək lazımdır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Britaniyanın Azərbaycana olan mövqeyini əsasən üç ox üzrə izah etmək mümkündür:
"Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra regional tərəzidəki çəkisini artırıb. Londonun Bakı ilə bağlı prioritetlərini müsbət meyarlar əsasında yeniləməsinə gətirib çıxarır.

Britaniya Türk Dövlətləri Təşkilatının potensialını özünə qarşı çevrilə biləcək hərəkətliliyə qarşı “bufer zona” kimi dəyərləndirir. London “Türk Birliyinin” resurslarından maksimal şəkildə yararlanmağa çalışır.
Britaniya Azərbaycan-Türkiyə-Pakistan üçbucağını dəstəkləyir. Lakin aşkar bir bəyanat yoxdur. Britaniya siyasətini “tərcümə etdikdə” London Azərbaycanın xarici siyasət kursundakı elementləri dəstəklədiyini görürük. Bakının Rusiya ilə münasibətlərindən isə elə də narahatlıq keçirmir.
Britaniyanın Azərbaycanla münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlığa söykənsə də, bəzi gizli təzahürlər də az deyil".
Ekspertin sözlərinə görəz Bakı-London münasibətlərini gizli müttəfiqlik zəmininə kökləyir:
"Britaniya İran barədə prioritetlərində Azərbaycan amilindən yararlanmaq istəyir. Dünya siyasi xəritəsinin dəyişdirilməsi üçün cəhdlərin alovlandığı zamanda mühüm coğrafiyada yerləşən Azərbaycanın regional gücü Britaniya üçün cəlbedici gəlir. Azərbaycanla Britaniyanın münasibətləri yüksək səviyyəyə qalxacaq və iqtisadi-siyasi sərmayələrlə stimullaşdırılacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib. Dövlət başçısı Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm