
Bayden və administrasiyası gedər ayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
11:15 15.01.2025
Dünya
662
Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğuladı.
“Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək,” - Blinken bildirib.
ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Antoni Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib.
Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq sazişini Ermənistan özünün böyük uğuru kimi təqdim etməyə çalışır:

"İmzalanmış sazişin tarixinə diqqət yetirmək lazımdır. ABŞ-də demokratların hakimiyyəti fərqli lobbilər, xüsusən də erməni lobbisi üzərində qurulub. Bu gün Bayden və onun administrasiyası gedər ayaq ermənilərə öz "borclarını" ödəyirlər. ABŞ siyasətində əvvəllər də erməni lobbisindən pul aldığına görə ifşa olmuş şəxslər var. Hakimiyyətinin sonu olan Bayden də bunun bir parçası kimi görünə bilər. Digər tərəfdən Ermənistan həm sülhdən danışır, həm də xarici qüvvələri Cənubi Qafqaza çəkməyə çalışır. Eyni zamanda rəsmi İrəvanın İranla bundan sonrakı münasibətlərinin necə irəliləyəcəyi maraqlıdır. Çünki İran Zəngəzur dəhlizi məsələsi qalxan kimi qırmızı xətlərdən bəhs edir. Lakin mövcud vəziyyətə baxdıqda rəsmi Tehranın bir nömrəli düşməni olan ABŞ Cənubi Qafqaza ayaq açmağa çalışır. Bütün bunlarla yanaşı, Ermənistan Rusiya ilə də çox ciddi problemlər yaşayacaq. Çünki ABŞ-nin Cənubi Qafqaza bu şəkildə dəvət edilməsi Vladimir Putin üçün heç də uyğun deyil. Nəzərə alaq ki, Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm