Baydendən sərt sözlər: “Putin qatildir, Moskva bədəl ödəyəcək”
13:02 17.03.2021
Dünya
1027
ABŞ-ın yeni prezidenti Bayden 20 yanvardan bəri ilk dəfə Rusiyanı birbaşa hədəfə alıb.
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, o, rəsmi Moskvanın ABŞ-dakı seçkilərə müdaxilə iddialarından sonra bunun əvəzini ödəyəcəyini bildirib. Həmçinin Rusiya lideri Putini qatil adlandırıb:
"Moskva seçkilərə qarışdığı üçün bədəl ödəyəcək. Qısa müddət ərzində görəcəksiniz".
RUSİYADAN İLK CAVAB
C.Baydenin açıqlamalarının ardından ilk cavab Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovdan gəlib. İddialarla əlaqədar A.Antonov fikirlərini belə ifadə edib:
"ABŞ rəhbərliyi ölkədəki qeyri-sabitlikdə xarici "aktorları" günahlandırır. Vaşinqtonun hərəkətləri ikitərəfli münasibətlərin normallaşmasına kömək etmir. Amerikan metodunun bu münasibəti təcili problemlərə həll yolları tapmaq üçün bərabər və qarşılıqlı hörmətə əsaslanan dialoqdan uzaqdır."
ABŞ 15 SƏHİFƏLİK HESABAT YAYIB
Vaşinqton rəhbərliyi, Rusiya lideri Vladimir Putinin 2020-ci ildə keçirilən ABŞ prezident seçkilərinə müdaxilə etməyə çalışdığını iddia edib. Dünən axşam ABŞ kəşfiyyatı tərəfindən yayımlanan 15 səhifəlik hesabatda Rusiyanın seçki göstəricisini Donald Trampın lehinə çevirməyə çalışdığı vurğulanıb.
RUSİYA İDDİALARI YALANLAYIB
Rusiyanın 3 noyabr seçkilərindən əvvəl C.Baydenə qarşı qarayaxma kampaniyası təşkil etdiyi ifadə edilərkən, Moskva rəhbərliyi iddiaları əsassız hesab edib. Bildirib ki, bu hesabatda heç bir məlumat və ya konkret dəlil yoxdur. Kremlin sözçüsü Dmitri Peskov iddiaları yalanlayıb:
"Bu iddialar əsassızdır və heç bir dəlili yoxdur. Bu cür hərəkətlər ikitərəfli münasibətlərə xələl gətirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya