Berdiməhəmmədovun Lukaşenkonun hədəsindən sonra seçki qərarı: Oyun qaydası nəyə hesablanıb?
Yusif Nəzərli
11:32 12.02.2022
Dünya
595
Türkmənistanla bağlı məsələnin, daha doğrusu Prezident Qurbanqulu Berdiməhəmmədovun hakim partiya üzvlüyündən istefa verib, ardınca növbədənkənar seçki keçirmək qərarını necə oxuyaq?
Yəqin ki, indi bir çoxu bu sual ətrafında düşünür. Türkmənistan Mərkəzi Asiyanın zəngin enerji resurslarına malik olan ölkəsidir. Bu ölkə Transxəzər layihəsinin (Türkmənistan qazının Avropa bazarlarına çatdırılması) başlanğıc nöqtəsidir və Qərb burada öz maraqlarını möhkəmlətmək istəyir.
Rusiya isə Mərkəzi Asiyanı əldən buraxmaq, daha doğrusu Qərbin ağuşuna atmamaq üçün əlindən gələni edir.
Berdiməhəmmədovun istefasını və növbədənkənar prezident seçkilərini Mərkəzi Asiya uğrunda başlayan savaşın daha bir göstəricisi kimi qiymətləndirmək mümkündür.
Bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Türkmənistanın da iqtisadi zərurətlərdən dolayı Kremlin yaratmaq istədiyi ittifaqa qoşulacağını bəyan etdi.
Berdiməhəmmədovun verdiyi qərarı Lukaşenkonun hədəqarışıq proqnozu kontekstində qiymətləndirsək ortaya aşağıdakı versiyalar çıxır:
1. Ya Berdiməhəmmədov bu savaşda məğlub olacağını düşünür, ona görə də, sərvətini yığıb ölkəni tərk edəcək və bütün məsuliyyət növbəti prezidentin üzərində qalacaq,
2. Ya Berdiməhəmmədov siyasi sistemdə Rusiyaya bağlı adamları zərərsizləşdirilməsinə nail olub yenidən prezident seçiləcək (Bu təlimatı Qərb verə bilər),
3. Ya da Berdiməhəmmədov özünün varisini hakimiyyətə gətirəcək.
İkinci və üçüncü versiya daha inandırıcı görünür və bir-birilə əlaqəlidir. Çünki Berdiməhəmmədov istefa qərarını verərkən belə ifadə işlədib:
“Ölkədə siyasi sistem formalaşır və müxtəlif düşüncəli partiyalar yaranır. Hər kəs və istənilən partiya üçün bərabər fəaliyyət şəraitinin yaradılması üçün mən Türkmənistan prezidenti olduğum müddətdə partiyaya olan üzvlüyümü dondurmaq haqqında qərar qəbul etdim”.
Türkmənistan qazı Avropa bazarlarında Rusiya qazının sıxışdırılmasına həlledici rol oynaya bilər.
Bu iki amil belə proqnoz səsləndirməyə əsas verir ki, Berdiməhəmmədov Qərbin əlinə oynayır və Rusiyadan gələ biləcək təhdidləri önləyir.
Aqşin Kərimov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm