
Bəşər Əsəd rejimini qoruyan ermənilər...
Yusif Nəzərli
06:00 17.01.2025
Dünya
552
İndi də ABŞ-nin qanadları altında PKK-YPG ilə birgə guya digər bir terror qruplaşmasına qarşı vuruşacaqlar
Ermənistan İŞİD-lə mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Nazir deyib ki, Ermənistan İŞİD-i məğlub etmək üçün yaradılmış koalisiyaya qoşulmağa hazırlaşır: "Terrorla mübarizədə birgə fəaliyyətin vacib olacağına inanırıq. Ermənistan beynəlxalq terrorizmlə mübarizəyə sadiqdir. Eyni zamanda biz Qlobal Koalisiyaya qoşulmaq niyyətindəyik. Hesab edirik ki, bu təhlükənin aradan qaldırılmasında birgə fəaliyyət vacibdir".
Millət vəkili Sahib Aliyev deyib ki, Rusiya hərbi kontingentinin tərkibində Suriyada Bəşər Əsəd rejimini qoruyan ermənilər indi ABŞ-nin qanadları altında PKK-YPG ilə birgə guya digər bir terror qruplaşmasına qarşı vuruşacaqlar. Deputatın sözlərinə görə, ilk baxışda belə bir təəssürat yaranır ki, ABŞ hətta özünün də terrorçu qruplaşma kimi tanıdığı PKK ilə birgə İŞİD-i zərərsizləşdirmək istəyir:

"Ancaq İŞİD-in kimin yetirməsi olduğu, hansı ölkənin generalının onun ilk lideri Əl-Bağdadini İraq həbsxanasından buraxdırdığı heç kimə sirr deyil. Ona görə də ABŞ-nin məqsədi İŞİD-i yox etmək ola bilməz. Onun məqsədi terror ənənəsi olanları, terrorçu qruplaşmaları bir-birilərinə qarşı qoymaq, maraqları olan bölgələrdə idarəolunan xaos yaratmaqdır. Həmçinin strateji rəqib gözündə gördüyü dövlətləri, indiki halda Türkiyəni kontrol altında saxlamağa, zəiflətməyə çalışır. Yəni erməni hərbçiləri PKK-YPG və elə İŞİD-in özü kimi ABŞ-yə bunun üçün lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual