Biletlərini dəyişə bilmədilər, amma həyat qurtardılar
19:19 11.06.2023
Dünya
501
Talelərinə bir insanın həyatını xilas etmək yazılıbmış. Söhbət Emili Raines və dostu Daniel Shifflettdən gedir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Floridada ürəkləri istəyən kimi tətil keçirən ikili Maryland Laotimordakı evlərinə tez qayıtmaq üçün təyyarə biletini dəyişdirmək istəyib.
Lakin bu, mümkün olmayıb. Onlar əvvəlcədən hansı təyyarəyə bilet almışdılarsa, onunla uçmalı olublar. Bu da bir qismətdi. Demə, bu iki nəfərin taleyində bir insanı xilas etmək varmış. Təyyarə havaya qalxdıqdan az sonra salondakı sərnişinlərdən birinin səhhətində problem yarandığı elan edilib və tibbi təhsili olanların təyyarənin ön hissəsinə gəlmələri xahiş edilib. Bunu eşidən Daniel və Emili yerlərindən cəld sıçrayaraq ön hissəyə adlayıblar. Sərnişin kreslosundakı adamın üzü göm-göy idi, nəbzi də vurmurdu. Emili və Daniel tibb sahəsində çalışdıqları üçün sərnişinə yardım göstərməyə başlayıb. “Uçuş heyətindən bir nəfər xəstəyə ürək masajı edirdi, süni nəfəs verməyə çalışırdı. Ancaq bunu yanlış icra edirdi. Belə hallarda insanın həyatını xilas etmək üçün ilk növbədə onu düz bir səth üzərinə uzatmaq lazımdır. Bunu etməmisinizsə, digər səyləriniz heç bir fayda verməz” söyləyən Daniel xəstəni həyata qaytarmaq vəzifəsini üzərinə götürüb və işə başlayıblar. Onlar sərnişini təyyarə salonunun dəhlizində yerə uzadıb, ürək masajı etməyə başlayıb. Sərnişinin köksünün qalxıb-enmədiyini gördükdə nəfəs yolunun tutulduğunu anlayıblar, təyyarədə fövqəladə hallar üçün nəzərdə tutulan tibbi avadanlıqların cəld gətirilməsini istəyiblər. Bu alətlərdən istifadə edərək sərnişinin nəfəs yolunu aça biliblər. 15 dəqiqə sonra sərnişinin təkrar nəfəs aldığını, qəlbinin döyünməyə başladığını görüblər. Təyyarə təcili eniş etdikdə sərnişin artıq oyaq vəziyyətdə olub. Emili və Daniel deyib ki, Baham adalarından evlərinə dönürmüşlər. Təyyarə biletini 2 dəfə dəyişdirməyə cəhd ediblər, amma alınmayıb. Deməli, qismət belə imiş. Talelərinə bu insanı xilas etmək yazılıbmış və bunu edə bildikləri üçün özlərini xoşbəxt sayırlar. Sərnişinin həyat yoldaşı isə sonradan onlara təşəkkürünü bir qutu şirniyyat göndərməklə bildirib. Həyat yoldaşı barədə isə “mən də anlamadım, birdən-birə nə baş verdiyini. Ehtimal ki, o, təyyarədə qəlb krizi keçirmişdi. Siz kömək etməsəydiniz, bu gün həyatda olmaya bilərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm