Blinken Rusiyanın iflasa uğrayan üç məqsədini açıqladı
Yusif Nəzərli
14:53 04.04.2022
Dünya
493
“Rusiya Ukraynaya hücum zamanı qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı, strateji uğursuzluğa və mümkün məğlubiyyətə düçar oldu”.
Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini təkzib etmək, Rusiya hakimiyyətini bərqərar etmək, həmçinin Qərbi, alyansı bölmək. Bütün cəbhələr üzrə bu planlar iflasa uğradı”, - deyə E.Blinken bildirib.
Onun sözlərinə görə, Ukrayna indi daha da birləşib.
“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada olacaq”, - deyə ABŞ Dövlət katibi deyib.
O əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və ordusu xeyli geri qalıb.
“Onların iqtisadiyyatı ləngər vurmağa başlayıb. Təbii ki, NATO və Qərb də heç vaxt olmadığı qədər birlik halındadır. Ona görə də təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik uğursuzluğun şahidi oluruq", - Blinken bildirib.
Mənbə: Unian.net
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət